DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət

DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi çərçivəsində rayonlar və şəhərlərarası sərbəst hərəkətə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlara müraciət edib.

DİN BDYPİ-dən Sfera.az-a daxil olan məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlər 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılıb.

Bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...