No Image
No Image

DİN-dən AXCP üzvünün saxlanılması ilə bağlı AÇIQLAMA

DİN-dən AXCP üzvünün saxlanılması ilə bağlı AÇIQLAMA
Vətəndaş Laçın Vəliyevin konkret cinayət əməlinə görə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şərlənərək saxlanılması ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən iddialar yayılır.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sfera.az-a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edir və bu araşdırmalarla sübuta yetirilib:

"Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub.

Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, L.Vəliyev AXCP üzvüdür.
 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN-dən AXCP üzvünün saxlanılması ilə bağlı AÇIQLAMA

Vətəndaş Laçın Vəliyevin konkret cinayət əməlinə görə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəs...

Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var - VİDEO

Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub. Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, atışma anı binalardan birindən ...

Bakıda bankomatlardan 60 min manatdan çox pul oğurlayan şəxs tutuldu - VİDEO

Paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb. Daxi...

Bakıda restoranda toy keçirdilər - polis əməliyyat keçirdi - VİDEO

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb. Daxili İşlər ...

Sərdar 20 yaşlı sevgilisini öldürüb meyitini zibillikdə gizlətdi - VİDEO

Xəbər verdiyimiz kimi, bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı Pərvin Musayevanın qətlə yetirildiyi məlum olub. Onu 20 yaşlı sevgilisi Sərdar Cəfərov boğaraq ...

Bakıda tanış olmaq istədiyi qızdan yox cavabı alan gəncdən gözlənilməz addım - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilin...