DİN-dən açıqlama: 700.000 manatlıq əmlak qaytarılıb

DİN-dən açıqlama: 700.000 manatlıq əmlak qaytarılıb
Vətəndaş Xanımbacı İsmayılovanın nəvəsi Sahib Quliyevin cinayət məsuliyyətinə əsassız cəlb edilməsi və bu işdə hüquq-mühafizə orqanlarının bəzi yüksək vəzifəli əməkdaşlarının guya əli olması barədə səsləndirdiyi ittihamlar həqiqətdən uzaqdır.
 

Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

Sfera.az-ın məlumatına görə, musavat.com xəbər verir ki, şöbə rəisinin sözlərinə görə, aparılmış araşdırma zamanı müəyyən olunub ki, Xanımbacı İsmayılovanın nəvəsi Sahib Quliyev özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə "Bizim market"  mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun bir qohum kimi ona olan etibarından sui-istifadə edərək mağazalar şəbəkəsində maddi məsul şəxs olmadığı halda R.Salmanovun ona olan inamına görə 2014-cü ilin aprel ayından 2015-ci ilin iyul ayınadək olan müddət ərzində cəmi 2.116.370 manat pul vəsaitini bankdan götürüb ələ keçirməklə dələduzluq edib, zərərçəkmiş Rasim Salmanova külli miqdarda ziyan vurub.      

O.Mansurzadə qeyd edib: "Bu ilin yanvar ayının sonlarında toplanmış materiallara əsasən, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Sahib Quliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən Sahib Quliyev tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 2.116.370 manat pulun  263.207 manatı nağd şəkildə, təxminən 700.000 manat dəyərində əmlak zərərçəkmiş Rasim Salmanova qaytarılıb".

Şöbə rəisinin dediyinə görə, istintaq zamanı S.Quliyev öz ifadəsində ələ keçirdiyi pulun 1milyon manatını nənəsi Xanımbacı İsmayılovaya verdiyini göstərib: "Hazırda S.Quliyevin anası Həcər Quliyeva və nənəsi Xanımbacı İsmayılovanın həmin cinayətin törədilməsində iştirakları barədə kifayət qədər ciddi dəlil-sübutlar olduğuna, onların da iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmələri gözlənildiyinə görə hər iki şəxs sözügedən təhlükəni önləmək, məsuliyyətdən yayınmaq məqsədilə bəzi KİV-lərdə Rasim Salmanov barəsində bilərəkdən böhtan və şantaj xarakterli məlumatlar yayırlar. Bununla onlar həm zərərçəkmişə, həm də istintaq orqanına birbaşa təzyiq göstərirlər ki, bu da cinayət qanunvericiliyinin tələblərinə görə yolverilməzdir və belə hal hüquqi məsuliyyət doğurur".


OXŞAR XƏBƏRLƏR

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...