No Image
No Image

DİN-dən açıqlama - 16 yaşlı əqli zəifliyi olan qızın cinsi istismarında polisin əli olub?

DİN-dən açıqlama - 16 yaşlı əqli zəifliyi olan qızın cinsi istismarında polisin əli olub?
Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istimara məruz qalması haqda iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıdırlar: "Bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddialar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu, müzakirə olunmayan gerçəklikdir”.

Qeyd edək ki, V.Nağının iddiasına görə, Neftçala Rayon Polis Şöbəsinin Elvin adlı əməkdaşı həmin qızın yaşadığı evə kamera quraşdırıb və evə gələn 30-a yaxın kənd sakinindən 3000 manat pul alıb. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Evindən asılmış meyit tapılan icra başçısının AİLƏSİNDƏN AÇIQLAMA

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib. ...

Həbs olunan nazir müavinindən XƏBƏR VAR

Rüşvət almaqda təqsirləndirilən Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sfera.az xəbər veri...

Marketdə məhsulları əzən generalın oğludur - VİDEO

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslərdən biri - Rüstəm Orucov general Novruzəli Orucovun oğludur. Sfera....

Lerikdə qadını öldürən molla onun qonşusu olub - Zorlamaq istəyib

Lerikdə əxlaqsız təklifinə razılıq verməyən qadını öldürən molla həbs edilib. Sfera.az xəbər verir ki, rayonun Barzavu kənd sakini, molla kimi tanınan 57 ...

Alimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıb

Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-isti...

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - VİDEO

Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.   Sfera.az xəbər verir ki, hadisənin Lənkəran rayo...