DİN: \"216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb\" - FOTOLAR-VİDEO

DİN: \
Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 75 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, monitorinq 67 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, analoji tədbirlər polis və digər dövlət qurumları tərəfindən mütəmadi olaraq davam etdiriləcək. Şənlik mərasimlərinin təşkilatçılarını, eləcə də ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq.


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...