DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”
 

"Bu il ali məktəblərə qəbulolma faizi ilkin nəticələrə əsasən 88 % təşkil edib”.

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dolma göstəricisi ötən il də eyni olmuşdu: "Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.

M.Abbaszadə hesab edir ki, tədris ilinin sonunda ölkə səviyyəsində qəbul imtahanın yeni formada keçirilməsinin nəticələrini müzakirə etmək lazım olacaq: "Çünki, yeni kompetensiyalara malik şəxsləri seçib ali məktəblərə göndərmişik. Onların akademik nəticələrinin necə olmasını biz yox, qəbul olduqları ali təhsil müəssisələri izləyə biləcək”.

OXŞAR XƏBƏRLƏR

BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

"Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) edilən dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var". ...

“Bu özəl sektorun inkişafına maneədir” – Akkreditasiya üçün rüsumların artımına etiraz

  Ölkədə intelekt problemi yaranacaq və bu rüsumlarla nə təhsilin əhatə dairəsi genişlənməyəcək, nə də əlçatanlıq təmin olunmayacaq” Sfera.az-a açıqla...

Uje", "davay", "neujeli" sözlərindən istifadə edən müəllimlər təlimlərə cəlb olunacaq

AMEA-nın Dilçilik İnstitutu Azərbaycan dilində əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün uşaq bağçası, orta və ali təhsil müəssisələrində ça...

Nüfuzlu təhsil eksperti: Azərbaycan bir çox türk universitetlərinin diplomunu tanımamalıdır

Azərbaycanın bəzi ali məktəblərinin diplomlarının Türkiyə Yüksək Öyrətim Kurulu (YÖK) tərəfindən tanınmaması barədə informasiyalar ciddi müzakirələrə səbəb olub...

Direktora cinayət işi açıldı - Elinanın intiharı ilə bağlı

  162 saylı orta məktəbdə intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.   ...

İstək olsa həll edərlər-tələbə yataqxanaları problemini

"Universitetlər təhsilin keyfiyyəti, infrastrukturun formalaşmasında maraqlı deyillər. Bu fonda onlar universitet yataqxanalarının olmasını da istəmirlər” ...