DİM ittihamlara cavab verdi: “Söz oyunu yoxdur”

DİM ittihamlara cavab verdi: “Söz oyunu yoxdur”
 

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesi ilə bağlı hüquqşünas Əkrəm Həsənovun ittihamlarına cavab verib.

Mərkəzin dövlət qulluğu məsələləri şöbəsinin müdiri  Vüqar Əsgərovun adından "Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanının keçirilməsi mərhələsinə 2017-ci ilin noyabr ayından start verilib və bu günə qədər 20 test imtahanı keçirilib. Bu imtahaların nəticələri iştirak edən kontingentin hazırlıq və bilik səviyyəsindən asılı olaraq bir-birindən müəyən qədər fərqlənə bilər. 

"İmtahanlarda istifadə olunan test tapşırıqları isə ölçmə və qiymətləndirmənin tələbləri əsasında imtahanların çətinliyinin bərabər olması prinsipinə əməl olunmaqla hazırlanır və imtahanların nəticələrinin mütəmadi olaraq aparılan elmi-statistik təhlili də bunu təsdiq edir. (DİM-in saytında və "Dövlət qulluğu” jurnalının (№2, 2019-cu il) buraxılışlarında keçirilən imtahanlarla əlaqədar statistik təhlillər ilə tanış ola bilərsiniz)”.

Açıqlamada deyilir ki, imtahanda istifadə olunan tapşırıqları görmədən, kimlərinsə şifahi və əlbəttə ki, təhrif olunmuş formada  danışdıqları əsasında  ümumi mülahizələrlə deyil, konkret faktlar əsasında fikir bildirmək daha doğru olar: 

"Belə faktlar varsa, o zaman həmin test tapşırıqları ilə bağlı ekspert rəyi əsasında elmi müstəvidə DİM tərəfindən təşkil olunan elmi-metodiki seminarlarda müzakirə açmaq olar. 

Digər tərəfdən test materiallarının hazırlanma metodologiyası ilə ayrıca bir elm sahəsi məşğul olur və bu sahədə hər hansı təcrübəsi olmayan şəxslərin kütləvi informasiya vasitələrində çıxış etməsi doğru deyil. 

Bu cür elmi-metodiki məsələlərin sosial şəbəkələrdə deyil, elmi seminarlarda müzakirəsi daha səmərəli hesab olunmalıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında qanunvericilik proqramı üzrə istifadə olunan test tapşırıqlarının söz oyunundan ibarət olması kimi iddiaların əsası yoxdur. Ekspert və mütəxəssislərin rəyinə əsasən bildiririk ki, imtahanda istifadə olunan test tapşırıqlarının cavab variantlarında çaşqınlığa səbəb olacaq heç bir əlavə söz və ya ifadələrdən istifadə olunmur. Test tapşırığının düzgün və digər cavab bəndlərində hər hansı əlavə söz və ya ifadə olarsa bu, yalnız  tapşırığın məzmunundan irəli gələn bir hal ola bilər və elmi-pedaqoji ölçmə xarakteri daşıyır”. 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün şəxsin 5 ildən sonra yenidən sertifikat almaq üçün imtahanlarda iştirakı ilə ittihamlara cavab olaraq V. əsgərov bildirib ki, DİM öz fəaliyyəti ilə bağlı bütün sahələrdə olduğu kimi, bu sahədə də yalnız mövcud qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrini yerinə yetirir.  

"Dövlət qulluğu haqqında” qanunun müvafiq maddəsinin bəndlərini olduğu kimi təqdim edirik: 

Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi

28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...