DİM-ə DAHA BİR ETİRAZ: “Məleykə Abbaszadə problemin həllini 3 il də uzatdı”

DİM-ə DAHA BİR ETİRAZ: “Məleykə Abbaszadə problemin həllini 3 il də uzatdı”
"Uzun çəkişmələrdən və mübarizələrdən sonra DİM rəhbəri dirənişindən əl çəkərək informasiya və kommunikasiya texnologiyaları ictimaiyyətinin çağırışlarına reaksiya verdi”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz qəbul imtahanları ilə bağlı son qərarları şərh edərkən deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və ya bu problemin qalmasında maraqlı olanlar son anda yenə də "informatika, yoxsa kimya" məsələsinin həllini daha 3 il uzada bildi:

"Guya ki, 3 ildən deyil,  bir ildən sonra abituriyentə informatika seçimi imkanının verilməsi DİM-ə problem yaradardı. Hələ də təəccüblənirəm və məəttəl qalıram bu dirənişə. Düşünürəm ki, "İnformatika, yoxsa kimya" problemi Azərbaycanda rəqəmsal transformasiyanı xeyli ləngidə bildi. Kimlər dirəniş göstəriblərsə, bundan məmnun qala bilərlər”.

O.Gündüz həmçinin qeyd edib ki, DİM uzun illər süni olaraq "informatika, yoxsa kimya" problemini yaratmaqla dövlət resursları hesabına Azərbaycanda rəqəmsal mühitin formalaşmasına zərbə vurub: "Biz isə bunun  nəticələri ilə  çox rastlaşmalı olacağıq”. 

Xatırladaq ki, 2024-cü ildə keçiriləcək 1-ci qrup imtahanlarında İT və texniki yönümlü ixtisasları seçənlər kimyadan deyil, informatikadan imtahan verəcəklər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...