DİM-dən imtahanların vaxtı ilə bağlı açıqlama

DİM-dən imtahanların vaxtı ilə bağlı açıqlama
Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır.

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a bildirilib ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra elan olunacaq və dim.gov.az saytında yerləşdiriləcək.

"İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi tövsiyə edirik", - məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR