No Image

DİM bu imtahanları təxirə saldı - RƏSMİ

DİM bu imtahanları təxirə saldı - RƏSMİ
 
Məlum olduğu kimi, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi, 16 mart – 14 aprel tarixlərində isə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması nəzərdə tutulurdu.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

11-ci sinif buraxılış imtahanları, eləcə də də, martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcəkdir.

Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin "Youtube” kanalı vasitəsilə təqdim edilən "vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

"Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.

Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! - Buraxılış və qəbul imtahanları təxirə salınır

  "Buraxılış və qəbul imtahanları ilə bağlı məsələ müzakirə olunub”. Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəs...

Bu qaydalara əməl etməyən imtahandan qovulacaq - DİQQƏT!

  Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 9-da növbəti onlayn sınaq imt...

Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq?- AÇIQLAMA

  Xəbər verdiyimiz kimi Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də ...

Bu ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - RƏSMİ

  Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək...

Baş Nazir Əli Əsədovdan daha bir qərar : "Bu ləğv edildi"

  Bakalavriat pilləsində tələbələrin yekun attestasiyası ləğv olunub Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələ...

Məktəblərlə bağlı VACİB XƏBƏR

 Nazirlər Kabineti "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib. Sfera.az xəbər verir ki, bununla ba...