DİM bu gün qəbul imtahanı keçirəcək

DİM bu gün qəbul imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.

Mərkəzdən verilən məlumata görə, şagirdlər və ya valideynlər "İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 yanvar-28 fevral tarixlərində aparılıb. İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 12:00-da başlanır: "İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır”.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- tәhsil aldıqları mәktәb tәrәfindәn verilәn şәkilli arayış (arayışda şagirdin neçәnci sinifdә tәhsil aldığı da göstәrilir, arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir),

- İmtahana buraxılış vərəqəsi;

-"İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə (Bəyannamə "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahan qaydalarına aid "Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

· Azərbaycan dili;

· Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahanların keçirilməsi üçün 16 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 35 imtahan rəhbəri, 16 ümumi imtahan rəhbəri, 319 nəzarətçi-müəllim, 32 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...