No Image
No Image

Dilqəmlə Şahbazın səhhəti pisləşdi

Dilqəmlə Şahbazın səhhəti pisləşdi
Ötən ilin dekabrında beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra altı il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.

Sfera.az xəbər verir ki, modern.az-ın əməkdaşı onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.

Dilqəm Ələsgərov vəziyyətinin yaxşı olmadığını bildirib:

"Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdı, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var”.

Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib:

"Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər”.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aptek işçisini döyərək mobil telefonunu əlindən aldılar

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib.  Sfera.az-ın məlumatına görə, hadisə  axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini  H...

Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edildi

"Əziz hərbçilər, bu gün sizə dövlətimizin yüksək hərbi mükafatları təqdim edilir. Bu mükafatlar müharibədən sonra mənim təşəbbüsümlə təsis edilmişdir. Mükafatla...

Yol polisini aldatmaq istəyən sürücülər aşkarlandı

Daxili İşlər Nazirliyinin göstərişi ilə Bakı Şəhər Baş Polis İdarəsinin tərtib etdiyi plan əsasında paytaxtda yol hərərkəti təhlükəsizliyinə dair tədbirlər plan...

Dilqəm Əsgərov “Həsən necə öldürülüb?” sualına əsəbləşdi – “Bunu Paşinyanın dostu Şahbazdan soruşun”

Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun doğum günüdür.    Sfera.az xəbər verir ...

Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirildi

Pirallahı Sənaye Parkının rezidenti - "Absheron Saffron Ltd” MMC-nin direktoru Həbib Yüzbaşiyev vəzifəsindən azad edilib. Sfera.az "Report"a istinadən xəb...

Tanınmış tarzən, xanımı və qızı Covid-19-dan vəfat etdi

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib. Sfera.az xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxu...