​Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - OĞLU DANIŞDI

​Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - OĞLU DANIŞDI
"Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə ziyarət edib. Daha sonra mütəmadi olaraq fərqli illərdə də ziyarəti olub. Sonuncu dəfə 8 iyul 2014-cü ildə Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq erməni əsgərləri tərəfindən girov götürülüb".

Sfera.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, bundan sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb:

"Şahbaz Quliyev tutulan kimi Dilqəm Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı Həsən Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub. Tutulduqdan sonra Şahbaz Quliyev ermənilərə hər şeyi danışdığına görə atam həbsxanada onunla eyni kamerada qalmaq istəməyib. Atam onların əsir düşməyində və Həsən Həsənovun öldürülməsində günahı Şahbaz Quliyevdə görür. Şahbaz Quliyevin ucbatından 7 il qanunsuz işgəncələrə məruz qalıb”.

Qeyd edək ki, son günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyev arasındakı mübahisələr böyüməkdə davam edir. Dilqəm Əsgərov Moderator.az-ın əməkdaşının H.Həsənovun necə öldürülməsi ilə bağlı sualına "Bunu Şahbaz Quliyevdən soruşun” cavabını verib və deyib:

"Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun”.

OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...