Dietoloq karantin zamanı faydalı qidalanma qaydasını açıqladı

Dietoloq karantin zamanı faydalı qidalanma qaydasını açıqladı
 Karantində olduğunuz zaman əsasən meyvə-tərəvəz yeyin.

Sfera.az xəbər verir ki, bunu rusiyalı həkim-terapevt Yekaterina Belova tövsiyə edib.

Həkimin sözlərinə görə, menyudan un məmulatlarını və şirniyyatı çıxarmaq lazımdır.

"Yazda orqanizmin daha çox vitaminə ehtiyacı olur. Buna görə də təkcə təzə meyvə-tərəvəzlə yanaşı, dondurulmuş meyvə və giləmeyvələrdən da istifadə edə bilərsiniz.

Evdə olduğumuz zaman qarın nahiyəsinə yük çox düşür, hazırda o, bayramlardan sonra olan vəziyyətdədir”, - deyə həkim vurğulayıb.

Dietoloq, tibb elmləri namizədi, Rusiya Tibb Akademiyasının Dieta və Qidalanma kafedrasının dosenti Yelena Çediya qeyd edir ki, səhər yeməyində adi sıyıq və ya kəsmiyi bir alma yaxud armudla əvəz edə bilərsiniz.

"Gündə üç dəfə yemək lazımdır, axşam yeməyi yatmazdan dörd saat əvvəl olmalıdır”, - həkim əlavə edib. (oxu.az)

OXŞAR XƏBƏRLƏR