Dietoloq immuniteti möhkəmləndirən qidaları açıqladı: \"Səhər saatlarında qəbul edilməlidir ki...\"

Dietoloq immuniteti möhkəmləndirən qidaları açıqladı: \
 Koronavirus (COVİD-19) infeksiyasına yoluxmaq təhlükəsi yaranandan sonra sarımsaq, zəncəfil və bəzi digər məhsullara tələbat artıb. Bu məhsullara tələbatın artması qiymətlərin də artması ilə müşahidə olunur və son zamanlar sosial şəbəkələrdə bu barədə geniş müzakirələr aparılır, xüsusilə də zəncəfilin qiymətinin dəfələrlə qalxmasına kəskin münasibət bildirilib.

Sfera.az xəbər verir ki, zəncəfilin zəngin tərkibə malik olmasından söz açan dietoloq Ləman Süleymanova məsələyə münasibət bildirib:

"İşbazlar fürsətdən istifadə edib insan psixologiyasına təsir edəcək müəyyən hərəkətlər edir. Orqanizm üçün vacib və faydalı olan müəyyən qidalar var ki, immum sisteminin möhkəmləndirilməsində böyük rol oynayır. Toplumun həssaslığından və ətraf-mühitdə mövcud olan problemlərdən sui-istifadə edən iş adamları onların qiymətlərini süni şəkildə artırır. Bu, bazarda özbaşnalıq deməkdir. Odur ki, bu dövrdə sağlamlığımız üçün əhəmiyyətli olan qidaların qiymətlərini qaldıran işbazlar cəzalandırılmalıdır. Bunu bir həkim kimi tələb edirəm.

Sitrus meyvələri və tərəvəzlər indiki dövrdə insan orqanizmi üçün xüsusilə faydalıdır. Ən əsas da zəncəfilin tərkibində bakteriyalara qarşı müdafiə maddələri, komponentlər və müəyyən vitaminlər var ki, immun sisteminin qoruyucu hüceyrələrini aktivləşdirir. Onun tərkibində ətraf-mühitin infeksiyasından qoruyan maddələr sistemi var. Zəncəfil, bal və limondan hazırlanan çay və ya içkiləri səhər saatlarında qəbul etmək lazımdır. Çünki səhər tezdən qəbul olunan maddələr orqanizm tərəfindən daha yaxşı qəbul olunur, gün ərzində qoruyucu funksiyası daha yüksək olur. Tərkibində vitamin C, antioksidant, bakterial, bakterisid təsirlərə malik olan bütün qidalar çox önəmlidir və onları bir-biri ilə əvəz etmək olar". (publika.az)

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...