\"Diareya “Delta”ya yoluxmağın əlaməti deyil\" - Professordan AÇIQLAMA

\
"Hazırda insanların beyninə yeridilir ki, guya "Delta” və "Delta-plyus” ştammları kəskin mədə-bağırsaq pozğunluğu və diareya törədir və bu əlamətlər kimdəsə müşahidə olunarsa, ilk növbədə  koronavirusdan şübhələnsin”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki, qeyd edilən xəstəliklər yay fəslində ən çox üzə çıxanlardır:

"O cümlədən, biri dənizdə çiməndə qarnına duzlu su gedir, o biri yağlı yemək yeyir və günün altında çox qalır, digəri "slitirli”, yəni tərkibində "nitrat” çox olan  qarpız yeyir və nəticədə qarın ağrısı yaranır. Yaxud biri yeməyini qarışdırır və ya yuyulmamış göyərti yeyir və el dilində deyildiyi kimi "panos” olur. Bunları  "Delta” və "Delta-plyus” ştammları ilə əlaqələndirmək sadəcə gülüncdür. Axı mədə-bağırsaq pozğunluğunda bu ştammların demək olar ki, heç bir rolu yoxdur. Hətta olsa belə, bu yalnız sıfır üstü faiz nisbətindədir. Bütün bu hallarda baş verən kəskin mədə-bağırsaq pozğunluğu və diareya, yalnız orqanizmin özünüqoruma, yəni kompensator müdafiə reaksiyasıdır”.

Mütəxəssis qeyd edib ki, insanlar mədə-bağırsaq pozğunluğu və ya diareya zamanı "Delta”ya yoluxduğunu zənn etməsin.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...