“Dezinformasiya görəndə dərhal reaksiya göstərin”

“Dezinformasiya görəndə dərhal reaksiya göstərin”
 

"Vətənsevər informasiyaçıların üzərinə ciddi məsuliyyət düşür”.

Bunu "MediaPost”a "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlu deyib. 

 O bildirib ki, Azərbaycan uzun illərdir ki, məcburən cəlb edildiyi münaqişə səbəbindən müharibə şəraitində yaşayır:

"Milli təhlükəsizliyin və ordu quruculuğunun reallaşmasında dövlətin informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi vacib şərtdir. Bu baxımdan, mediada və sosial şəbəkədə ordu ilə bağlı dezinformasiyaların yayılmasında diqqətli olmaq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Vətəndaşlarımızın hamısı bilməlidir ki, milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən çox asılıdır. Etiraf etməliyik ki, internet resursları ortaya çıxandan bəri ölkəmizdə "sosioloqlar”, "siyasi icmalçılar”, "hərbi ekspertlər”, "araşdırmaçılar”, "tarixçilər” çoxalıb. Sosial şəbəkənin geniş sahəni əhatə etdiyi bir zamanda bəzən saxta profillərlə də dezinformasiya yayanlar olur. Odur ki, vətənsevər informasiyaçıların üzərinə ciddi məsuliyyət düşür. Ordu ilə bağlı informasiyaların yayılması, xüsusilə döyüş bölgələrində baş verənlərlə bağlı məqamlara daha həssas yanaşılmalıdır".

T. Ziyəddinoğlunun fikrincə, Azərbaycan Konstitusiyasının hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verməsindən dövlətimizin maraqlarına qarşı istifadə edənlər var: "2 milyondan çox insan sosial şəbəkə istifadəçisidir. "Az" domenində 20 mindən artıq internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində, onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır. Təəssüf ki, bütün bunlar siyasi proseslərin yönləndirilməsinə cəhd edən qüvvələrə də münbit şərait yaradır. Sosial media istifadəçiləri Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən, cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməlidirlər”.

"Jurnalistlərimiz, əsasən də sosial şəbəkə fəalları ölkəmizin mənafeyini qorumalı, informasiya siyasətini müdafiə etməli, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almalıdırlar. Bu məsələdə qeyri-hökumət təşkilatları da söz səngərinə keçməlidir. Çünki milli təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi fəal mövqeyə bağlıdır. 

Dövlətimizin müstəqilliyinin bərpasını istəməyənlər, ölkə başçısının yeritdiyi müstəqil xarici siyasətə qarşı çıxanlar hələ də açıq və gizli formada, ən çox da dezinformasiyalar yaymaqla cəmiyyətimizdə çaşqınlıq yaradır ki, bu da, ciddi fəsadlar törədir” - deyə, T. Ziyəddinoğlu bildirib.

O, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı sosial media istifadəçilərinə belə bir müraciət edib: "Əziz dostlar, dəyərli sosial media istifadəçiləri, xahiş edirik ki, vətəndaşlarımızda mənfi emosiya yaradacaq paylaşımlar etməyəsiniz! Silahlı Qüvvələrimizin döyüş ruhuna xələl gətirəcək ifadələr işlətməyin! Ola bilər, düşmən tərəfi hansısa formada dezinformasiya yayar. Ermənistan KİV-nə istinad edərkən diqqətli olun! Dəqiqləşdirilməmiş məlumatları paylaşmayın! Nəzərə alın ki, həm də informasiya müharibəsindəyik. Yanlış bir məlumatın milli maraqlarımıza, dövlətimizin mənafeyinə, Silahlı qüvvələrimizə nə qədər ziyan vura biləcəyini təsəvvürünüzə gətirin! Siz olduqca diqqətli olun ki, Allah köməyimiz, son qələbə bizim olsun! 

Cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına daha da həssas yanaşın, ciddi dəqiqləşdirmələr aparın.

Bilirsiniz vəziyyət necədir?! Biz vətəndaşlara müraciət edirik ki, informasiya yayarkən, rəsmi orqanların məlumatlarına istinad edin. Təəssüf ki, o sahəyə məsul olan qələm dostlarımız passivlik göstərirlər, cəmiyyətin informasiya aclığını nəzərə almırlar. Nəticədə, bu boşluğu dezinformasiyalar doldurur. Nə yaxşı ki, vətənpərvər jurnalistlərimiz, ziyalılarımız, qazilərimiz var! Həmin gecə informasiya məkanımızı cəsarətlə qorumağa çalışdılar. Erməni fitnəsinin törədəcəyi fəsadları da siz məndən yaxşı bilirsiniz".


OXŞAR XƏBƏRLƏR

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...