“Deyək ki, qəza etdin və avtomobilə zərər dəydi...” – Qəzadan qazanclı çıxmağın yolları

“Deyək ki, qəza etdin və avtomobilə zərər dəydi...” – Qəzadan qazanclı çıxmağın yolları
"Azərbaycanda insanların ən böyük problemlərindən biri də odur ki, heç vaxt müqaviləni, onun şərtlərini oxumur, detalları aydınlaşdırmır və ucuz qiymət arxasınca qaçır. İcbari sığorta bir növ olsa da, sığorta şirkətləri kaskonun çox növlərini  təklif edir”.

Sfera.az bildirir ki, bunu "Avtoqraf” jurnalının təsisçisi, avtomobil mütəxəssisi Ramin Musayev deyib. Onun sözlərinə görə, insanlar heç zaman qəzaya düşməcəyini düşünür:

""Allah Kərimdir, hər şey yaxşı olacaq!" deyib yaşayırıq. Deyək ki, qəza etdin və avtomobilə zərər dəydi. Gözəyarı təmir dəyəri 5-6 min manat olsa da, servisə gedəndə məlum olur ki, çox hissələr sınıb və məbləğ 2 dəfə yüksək olacaq. İndi gəl, təmirə 10-12 min ver. Kasko varsa, məsələ həll olunur - ödəniş alıb, rahat təmir edəcəksən. Amma onun üçün müəyyən sənədlər təqdim olunmalıdır. Ən əsası isə DYP-dən protokol. Bunu hər kəs bilməlidir, qanunvericiliklə belə olmalıdır”.

R.Musayev qeyd edib ki, bəzi şəxslər kasko alana qədər müəyyən əziyyətlərdən keçdiklərini deyirlər:

"Əziyyətsiz istəyirsənsə, 10 mini cibindən ver. Bu boyda pul göydən düşmür axı! Amma, burada bir xəbər deyim. Sənədlərin toplanması, maşının servisə evakuasiyası xidmətini Sığorta şirkəti öz üzərinə götürə bilir. Bunun üçün kaskonu alarkən, eləsini seçirsən ki, şərtlərində bu xidmət olsun. Bu qədər sadə”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...