\"Dəstəyi kəssəniz, Avropanın ən güclü ordusunu quracağıq\" - Zelenskidən XƏBƏRDARLIQ

\
Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin Donbasdakı böhranın həlli istiqamətində ölkəsini dəstəkləməyi dayandırmasından danışıb. 
 
Sfera.az xəbər verir ki, o, bu halda Kiyevin problemi təkbaşına həll etmək üçün Avropada ən güclü ordu quracağını bildirib.

Vladimir Zelenski insan potensialından istifadə edərək texniki və hərbi üstünlük əldə edə biləcəklərini, lakin bunun elə də yaxşı bir şey olmadığını vurğulayıb:
"İnsanlar elm adamı olmaq və ölkələrini texnoloji olaraq inkişaf etdirmək yerinə ailələrini və evlərini necə qorumaq barədə düşünəcəklər”.

Prezident hazırda ukraynalıların Donbasda NATO və Avropa İttifaqı tərəfindən dəstəklənən prinsiplər uğrunda öldüyünü qeyd edərək Avropa ölkələrinə vəziyyətə müdaxilə etmədikləri təqdirdə, sərhədləri yaxınlığında yeni böhranların baş verə biləcəyi barədə xəbərdar edib.

Rusiyalı hərbi ekspertlər isə Zelenskinin bu açıqlamasını populizm adlandırıb. Hərbi ekspert Aleksey Leonkov Avropada ən güclü ordunu qurmaq üçün hərbi büdcəyə və müasir silahlarla təchiz edə bilən hərbi sənayeyə sahib olmağın şərt olduğunu, Ukraynanın isə bu imkanlara sahib olmadığını qeyd edib.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...