No Image

Dərslərin başlaması ilə bağlı XƏBƏR — İlk olaraq bu siniflər

Dərslərin başlaması ilə bağlı  XƏBƏR — İlk olaraq bu siniflər
 Hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.
 

Sfera.az  modern.az-a istinadən xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb:

"Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları açılacaq. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Çox güman ki, yuxarı siniflərdə təhsil onlayn rejimdə olacaq”.

BTE rəsmisi təmsil etdiyi qurumun hər bir situasiyaya hazır olduğunu vurğulayıb:

"Mağazalarda keçən ildən tikilən paltarlarımız da, parça ehtiyatımız da var. SMS icazə ləğv edildiyindən sabahdan etibarən əməkdaşlarımız işə cəlb olunacaq. Təbii ki, bizim işimiz istehsaldır, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq. Biz də hamı kimi gözləyirik”.

E.Əzimovun sözlərinə görə, bir müddət əvvəl müzakirəsi aparılan yeni məktəbli formaları məsələsi hələlik gündəmdə deyil.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda məktəblər açıldı - YENİ QƏRAR

  Baş Nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prose...

Təhsil Nazirliyi dərsliklərin şagirdlərə paylanılması qaydasını AÇIQLADI

 "Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlə...

Baş Nazirdən təhsillə bağlı QƏRAR

  Nazirlər Kabineti "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda dəyişiklik edib. Sfera.az  xə...

Uşaq bağçaları bu tarixdən fəaliyyətini bərpa edəcək - RƏSMİ

  "Uşaqlara distant formada qayğı göstərmək mümkün deyil. Sentyabrın 15-dən uşaq bağçalarının fəaliyyətinə icazə verilməsi təklif olunur". Sfera.az&...

Sentyabrın 15-dən dərslər başlayır - RƏSMİ

  "Təhsil alan və təhsil verənlərin yaş xüsusiyətləri tədrisin təşkilində nəzərə alınmalıdır”. Sfera.az xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası ...

Təhsillə bağlı yeni qayda TƏSDİQ EDİLDİ

 COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.20...