“Dərhal üzr istəsin!” - “Sputnik V” vaksininin yaradıcılarını qəzəbləndirən açıqlama

“Dərhal üzr istəsin!” - “Sputnik V” vaksininin yaradıcılarını qəzəbləndirən açıqlama
Rusiya istehsalı olan "Sputnik V”-in yaradıcıları sözügedən preparatın Avstriyada təcili təsdiqlənməsi perspektivini "rus ruletkası” ilə müqayisə edən Avropa Dərman Agentliyinin (EMA) sədri Christa Virtumer-Hohedən üzr istəməyi tələb ediblər.
 
Sfera.az  RİA. Novosti-yə istinadla xəbər verir ki, həmçinin Avstriya Səhiyyə Agentliyinin də təmsilçisi olan Virtumer-Hohe bir müddət əvvəl ORF telekanalının efirində peyvənd olunanlarla bağlı məlumatların azlığına işarə edərək bu fikri söyləmişdi.
 
"Sputnik V”-ni bilavasitə təsdiqləyən AB dövlətləri haqqında mənfi şərhlərinə görə EMA sədri Krista Virtumer-Hohedən dünya ictimaiyyəti qarşısında üzr istəməsini tələb edirik. Onun şərhləri EMA-nın apardığı  hazırkı ekspertiza prosesinə siyasi müdaxilənin mümükünlüyü ilə bağlı ciddi suallar yaradır”,- deyə Rusiya istehsalı olan vaksinin Twitterdəki səhifəsində bildirilir.
 
Bəyanat müəllifləri Avropa tənzimləyicisinin heç bir başqa dərman haqda bu şəkildə danışmadığını vurğulayıblar. Rusiya vaksininin yaradıcıları həmçinin  qeyd ediblər ki, agentliyin  "Sputnik V”-i təsdiqləyən 46 ölkə tənzimləyicisini etibardan salmağa  haqqı yoxdur.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR