Deputat:”Xalqın həmrəyliyini pozmaqla siyasi gündəmdə qalmaq yalnız Don Kixotluqdur”

Deputat:”Xalqın həmrəyliyini pozmaqla siyasi gündəmdə qalmaq yalnız Don Kixotluqdur”
 

Azərbaycan qanunlarına görə görə siyasi əqidəsinə görə şəxsə nə müsbət nə də mənfi mənada ayrıseçkilik yolverilən deyil.

Müsahibimiz Milli Məclisin deputatı, Bəhruz Məhərrəmovdur;

 

Bəhruz müəllim koronovirus pandemiyası dünya miqyasında böyük itkilərlə müşaiyət olunsa da, Azərbaycan bu prosesdən üzüağ çıxır. Ölkəmizin bir fors-masor vəziyyətə hazır olması kimi qiymətləndirmək olarmı?

2017-ci ilin fevral ayının 21-də Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması Azərbaycan siyasi sistemi üçün yeni bir çağırış dövrünün əsasını qoydu. Bu o demək idi ki, artıq əvvəlki idarəçilik üsul idarəsi yetərincə fayda vermir və dəyiişimə ehtiyac duyulurdu. Ardınca 2018-ci ildə, andiçmə zamanı çıxış edərkən Prezident İlham Əliyev islahat anonsu verdi. 2019-cu ildən isə real islahatlar dalğası başlandı. Əvvəlcə məhkəmə hüquq islahatlarını özünd ehtiva edən 3 aprel Fərmanı, daha sonra icra hakimiyyəti strukturlarında kadr və struktur islahatlarının real mənzərəsini müşahidə etməyə başladıq. Təbii ki, islahatlar, xüsusən dövlət idarəçiliyini əhatələyən reformlar dərhal tam gücü ilə nəticəsini göstərmir, bunun üçün müəyyən zaman kəsiyi, habelə əhəmiyyətli bir sınaq periodu olmalıdır. Hesab edirəm ki, bütün mənfi çalarları ilə bərabər COVİD-19 eyni zamanda Azərbaycan hakimiyyətinə islahatlar paketinin bu günə qədərki mərhələsi üçün test imkanı yaratdı. Bir neçə dəfə demişəm, bir daha təkrarlıyıram, koronovirus və ardınca gətirdiyi iqtisadi, sosial və humanitar böhran meylləri gözlənilən, klassik proqnoz metodları ilə konturları müəyyənləşdirilə bilən bir problem deyildi. Pandemiya faktiki olaraq bütün dünyanı qəfil yaxaladı. Həmçinin də bizi. Kimlər ki, çevik və zamanında reaksiya verə bildi, insan tələfatı və maliyyə itkiləri nisbətən az oldu, kimlərin yanaşması qeyri-ciddi, habelə ləng oldusa hələ də prosesin acısını çəkməkdədir və həmin ölkələrdə vəziyyətin faciəvi hal alma tendensiyası güclənməkdədir. Çevik reaksiya verib mümkün az itkilər vermiş dövlətlərə gəlincə, təbii ki, buraya yalnız idarəçilikdə sistematik fəaliyyətə nail olan, işlək menecment özülünə malik Azərbaycan kimi ölkələr daxildir. Burada bir məqamı etiraf edək, qəbul etməyə də bilərsiz, bu mənim subyektiv fikrimdir, əvvəlki komanda, əvvəlki strukturla Azərbaycan bu yükün altına girə bilməzdi. Lakin, görünən odur ki, dövlət başçısı dövlət aparatını reformlara və demokratik təkmilləşməyə maneə sayılan qüvvlərdən təmizləməklə zamanında başladığı islahatların nəticəsidir ki, biz bu qlobal bəladan minimal insan itkisi ilə çıxmaqdayıq. Təbii ki arxayınlaşmaq olmaz, lakin gizlətməli bir şey də yoxdur ki, artıq rəqəmlər müsbət tendensiyadan xəbər verir.

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə tətbiq olunan karantin vəziyyətindən bəzi işbazlar, xüsusən 5-ci kalonun təsir dairəsində olan qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…

Bu günə qədər 30 mindən çox adam barəsində karantin rejimini pozduğuna görə inzibati tənbeh tədbiri tətbiq edilib. İfadəyə diqqət edək, karantin rejimi qaydasını pozma. Burada əməli törətmiş subyektin cinsi, milliyyəti, siyasi mənsubiyyətinin önəmi birmənalı olaraq yoxdur. Yəni subyekt var və ortada real pozuntu sayılan əməl- inzibati xəta var. İndi cərimə edilən yaxud inzibati qaydada həbs edilən bir neçə on minlik kütlənin arasında hansısa siyasi dairəyə yaxud qrupa aid vətəndaşların olmasını siyasiləşdirib drama çevirmək absurddur, gülüncdür. Bizim Konstitusiyamızın 25-ci maddəsi, habelə Cinayət Məcəlləsi, İnzibati xətalar məcəlləsində bərabərlik anlayışı və prinsipləri var və hamısında ortaq qənaət ondan ibarətdir ki, siyasi əqidəsinə görə şəxsə nə müsbət nə də mənfi mənada ayrıseçkilik yolverilən deyil. İndiki halda kimin hansı partiyaya mənsub olmasının əhəmiyyəti olmamalıdır, bu ümummilli bəladan qurtulmaq üçün hamı bir nəfər kimi karantin rejiminin şərtlərinə əməl etməlidir.İkincisi, indiki halda hansısa siyasi partiya, həm də eyni siyasi təsisatın fəalları karantin rejimini pozduğuna görə inzibati qaydada həbs olunubsa, demək ki, gərgin bir dövrdə qısa müddətli həbsin həm xarici dairələr həm də daxildə kütləyə oynamaq üçün əsl fürsət kimi dəyərləndirilərək, qüvvələrin özlərinin buna məqsədli qaydada yol verməsi ehtimalı da mümkün görünür. Digər maraqlı məqam isə AŞPA həmməruzəçilərinin” İlham Əliyev hakimiyyətinin pandemiyadan siyasi rəqiblərinə qarşı istifadə etməsi”nə dair iddialarından sonra bu tendensiya artıb. Mən kimisə ittiham etmək istəməzdim, lakin, bu qədər təsadüf olarmı?Ümumilikdı isə deyim ki, dünyada bu məsələləri yalnız bir-iki təsisat gündəmə gətirir və fundamental insan hüquqları təsisatları bu sahədə narahatlıq və pozuntu görmürlər.

 

Bəhruz müəllim postpandemiya dövrü dünyada və Azərbaycanda hansı izlər buraxacaq və sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?

Postpandemiya özündən sonra iqtisadi böhran buraxacaq, bu aydındır, lakin eyni zamanda insanlıq tarixi üçün yeni dövr başlanır. COVİD-19 informasiya inqilabının yeni mərhələsinə keçid qapısı və bu prosesin katalizatoru oldu. Mən insan hüquqları və informasiya hüququ üzrə ixtisaslı mütəxəssis-aliməm, BDU da eyni adlı kafedranın dosentiyəm. Araşdırmalarım onu göstərirdi ki, yaxın 12-15 ildə istər idarəçilik, istər insani münasibətlər, istər hüquq tətbiqi məsələləri tam yeni məcraya keçəcək,əşyaların internet, süni zəka kimi amillər bu günkü ictimai münasibətlərin bir çoxunu tamami ilə sıradan çıxaracaq. Lakin, hazırda o qənatdəyəm ki, Pandemiya bu prosesi ən azı 3 dəfə tezləşdirmiş oldu. Təbii ki, Azərbaycan da istisna deyil, qlobal dünyanın bir hissəsi kimi, bu təsirlərdən nəsibini alacaq. Lakin, görünən odur ki, Azərbaycan bu prosesdə də lazimi çevik reaksiyaları verə bildi, Məsələn, SMS icazə sistemi, habelə bir sıra online dövlət xidmətlərinin tətbiqi bu gedişlə Postpandemiya mərhələsində bizə geniş prespektivlr vəd edir.

Heydər Əliyev Fondu 100 min ehtiyacı olan ailəyə yardım edəcək. Bu addımı necə qiymətləndirirsiniz?

Mən dəfələrlə demişəm və bir daha deyirəm, Mehriban Əliyevə Azərbaycan xalıqının mənəvi sərvəti, dəyər yaradan dəyəri, milli barəşdırıcı qüvvəsi, simvoludur. Bütün cəmiyyətlərdə sosial gərginlik var, Azərbaycanda isə sosial gərilmənin önündə dayanan ən böyük maneə, habelə ən dərin inam və ümid mənbəyi məhz Mehriban xanımdır. Sizi əmin edirəm ki, Karantin tədbirlərində uğurun kökündə yatan amillərdən ən təsirlilərindən biri məhz Mehriban xanım Əliyevanın çağırışları oldu. Təbii ki, yaradıcısı və rəhbəri olduğu təsisatın da məhz Mehriban Əliyevanın humanist meyarları çərçivəsində fəaliyyətdə olması gözləniləndir, təəccüblü deyil. Mehriban Əliyeva həmişə, ən çətin məqamda bu xalqın yaralarını sarıyan qüvvə olub, olmaqda da hələ uzun illər davam edəcək.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrə böyük imkanlar yaradılıb. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən islahatları qaralamağa çalışan, hər vəchlə buna mane olmaq istəyən qüvvələr var. Onların bu addımına sizin münasibətinizi bilmək maraqlı olardı…

Cənab Prezident, VI çağırış Milli Məclisin ilk iclasında əhəmiyyətli çağırışlar etdi, habelə bundan öncə isə Prezidentin Adminstrasiyasında siyasi qüvvələrlə iş üzrə fokuslanmış xüsusi struktur vahid yaradılmışdı. Bilirsiz ki, Parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunur. Bütün bunlar, Milli Birlik, xalqın vahidliyi istəyindən doğan addımlardır ki, cənab Prezident tərəfindən atılır. Hesab edirım ki, siyasi qüvvələr bu şansdan yararlanmalıdırlar. Bu onlar üçün siyasi səhnədə qalmağın yeganə yoludur. Dövr artıq dəyişib, hazırda informasiya texnologiyaları imkan verir ki, 15 yaşlı bir bloqqer ən iri siyasi partiyanın rəhbərindən daha çox izləyici kütləsinə, sosial bazaya malik ola bilir. Belə olan halda hazırda 3-5 radikal fəala güvənib siyasi birliyə, mane olmaq, xalqın həmrəyliyini pozmaqla siyasi gündəmdə qalmaq yalnız Don Kixotluqdur

(xalq.az)


OXŞAR XƏBƏRLƏR