Deputatların toxunulmazlığı ləğv olunsa...– “Qorxulu tendensiyadır”

Deputatların toxunulmazlığı ləğv olunsa...– “Qorxulu tendensiyadır”
 

"Deputatların toxunulmazlıq hüququnun ləğvini doğru addım saymıram”. 

Sfera.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a keçmiş deputat Nazim Bəydəmirli bildirib.

Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.

Yeni qanun millət vəkillərinin parlamentin razılığı olmadan saxlanılmasını, həbs olunmasını, cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən müddəanın Konstutisiyadan çıxarılmasını nəzərdə tutur.

Nazim Bəydəmirli hesab edir ki, oxşar qanunun Azərbaycanda qəbulu icra hakimiyyəti orqanlarının onlar üzərində təsirini daha da artıra bilər. "Deputatların toxunulmazlıq hüququ millət vəkillərinin icra hakimiyyəti orqanlarının təsir və təzyiqi ilə üzləşməməsi, məmurlarun vəzifə səlahiyyətlərindən istifadə edərək onların üzərində dominantlıq etməməsi üçün düşünülüb. 

Dünyanın əksər ölkələrində də bu belədir. Hesab edirəm ki, özünə hörmət edən millət vəkili qanunu pozmaz, əxlaqlı davranar və onun haqqında fakta söykənən hər hansı neqativ məlumat tirajlandığı zaman özü istefa verər. Əsl millət vəkili üçün toxunulmazlığın önəmi yoxdur”, -  deyə keçmiş deputat bildirib.

Nazim Bəydəmirli əlavə edib ki, Ukraynada belə bir qanunun qəbul edilməsi müəyyən mənada zərurətdən doğur: "Uzun illər Ukraynada korrupsiya halları baş verib. Deputatlar toxunulmazlıq statusundan istifadə edərək qanunsuz işlərlə məşğul olublar və Ukrayna cəmiyyətində onlar haqqında mənfi imic formalaşıb. Digər tərəfədən burada Rusiya faktoru var. Bu ölkənin təsir dairəsində olan deputatlar var. Görünür, qanun qəbul ediləndə bütün bunlar nəzərə alınıb.

Deyə bilərsiniz ki, Azərbaycanda da bəzi deputatlar qanunsuz işlərlə məşğul olur və s. Doğrudur, bu gün Milli Məclisdə təxminən 35-40 deputat iki vəzifə daşıyır. Onlar müxtəlif dövlət qurumlarında, səhmdar cəmiyyətlərdə, dövlət şirkətlərində yüksək vəzifə tutular. Bu Konstitusiyaya ziddir. Bununla belə, mən indiki vəziyyətdə deputatların toxunulmazlıq hüququnun ləğvini qorxulu tendensiya hesab edirəm.  

Onsuz da bəzi məmurlar millət vəkillərilə hesablaşmırlar. Toxunulmazlıq hüququ ləğv ediləcəyi təqdirdə ən xırda məmur belə deputatlara təsir etmək imkanı əldə edəcək”.

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

"Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”. "Report” xəbər verir ki, bunu Müdafiə naziri general...

“Kişilər öpüşməsin” – Vitse-spiker

"Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxulumazlıq səlahiyyətimiz yoxdur”. Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri ...

"Koronovirusdan ölənlərin sayı qripdən ölənlərin sayından çox deyil" - Həkim təşvişə əsas görmür

Tanınmış həkim-psixoterapevt, əvvəllər AzTV telekanalında "Ailə həkimi" verilişinin aparıcısı olmuş Əli Nağıyev koronavirusla bağlı vacib açıqlama ilə çıxış edi...

DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMA

  Daxili İşlər Nazirliyi Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib. DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupun...

ATƏT PA-nın müşahidəçiləri - “Milli Məclisə seçkilər yaxşı təşkil olunub”

Milli Məclisə seçkilər yaxşı təşkil olunub, seçicilərin sərbəst səs vermələri üçün lazımi şərait yaradılıb. "Sfera.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sö...

Salyanda polis qıza təcavüz edibmi? — Rəsmi açıqlama

Sfera.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun "Report"a müsahibəsini təqdim edir: - Son günlər ölkə mətbuatının...