Deputatların əmək haqqı üçün büdcədən nə qədər vəsait ayrıldı?

Deputatların əmək haqqı üçün büdcədən nə qədər vəsait ayrıldı?
 

Gələn il üçün dövlət büdcəsindən Milli Məclis deputatlarının əmək haqqı və parlamentin ezamiyyə xərclərinə ayrılan vəsaitin məbləği məlum olub.

Sfera.az-ın  xəbərinə görə, bu barədə "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min  manat, ezamiyyə xərclərinə isə 1 milyon, 830 min manat vəsait ayrılacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.


OXŞAR XƏBƏRLƏR