Deputatlardan Paşinyanın Şuşada yallı oynamasına MÜNASİBƏT: Azərbaycanı təhqir etmək istəyir

Deputatlardan Paşinyanın Şuşada yallı oynamasına MÜNASİBƏT: Azərbaycanı təhqir etmək istəyir
Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanı təhqir etmək istəyir.

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə N.Paşinyanın Şuşaya getməsi və orada yallı oynamasına münasibət bildirərkən deyib.
 
Xatırladaq ki, ötən gün erməni mediası və sosial şəbəkə istifadəçiləri Ermənistanın Baş Naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki görüntülərini yayıblar. Görüntülərdə N. Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Şuşada Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub yallı getməsi kadrları yer alıb.
 
Onun sözlərinə görə, Azərbaycan tərəfi səbr etməlidir: "O, Azərbaycanı təhqir etmək istəyir. Bu onu göstərir ki, Paşinyan sülh danışıqlarına hazır deyil, bilmir nə etsin, ona görə belə işlərlə məşğuldur. Sülh istiqamətində addım atmağa hazır deyil. Biz səbrlə gözləməliyik və beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə məcbur etməyə çağırmalıyıq".

Millət vəkili Elman Məmmədov isə məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan onun hava məkanını pozan hər kəsi məhv etməlidir: "Bunu anlamaq, başa düşmək o qədər də çətin deyil. Bu da bir cinayət əməlidir. Xeyli cinayətləri olan hərbi canilər Serj Sarkisyan və Robert Köçəryan da Azərbaycan ərazisinə qanunsuz gəlib-gedirdilər. Paşinyan Ermənistan deyilən bir qurumun Baş Naziridir. Şuşa Azərbaycan ərazisidir. Əgər o, Şuşaya getmək üçün helikopterlə Xocali aeroportuna gəlirsə, yəni sərhədlərimizi pozursa, Azərbaycan  onu məhv etmək səlahiyyətini özündə saxlayır. Bu mənim fikrimdir".

Deputat vurğulayıb ki, N. Paşinyan bu hərəkəti ilə həm Azərbaycana, həm də beynəlxalq təşkilatlara meydan oxuyur: "Paşinyanın Baş Nazir olduğu müddətdə dəfələrlə Azərbaycana gəlməsi, hərbi hissələrdə olması, Xankəndində, Şuşuada olması, oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməsi Azərbaycana, beynəlxalq hüquqa, beynəlxalq qurumlara, BMT-yə, həmsədr dövlətlərə meydan oxumasıdır. Yəni o bu hərəkətləri ilə bəyan edir ki, "mən belə hesab edirəm ki, biz buranı işğal etmişik və bu bizim növbəti böyük Ermənistan yaratmaq planımızın bir hissəsidir, Dağlıq Qarabağı da öz ərazimiz hesab edirik və yaxşı edirəm gəlib-getməklə". Paşinyan bax, bunu demək istəyir və bu hərəkətləri ilə deyir də. Şuşanın işğalı günü Azərbaycana, Şuşaya gəlir, Şuşada "qələbə paradı" keçirirlər, rəqs edirlər, kef edir qayıdıb gedirlər. Heç kim də ona gözün üstə qaşın var demir".

E. Məmmədov hesab edir ki, bunun qarşısını almağın yalnız bir yolu var: "Bunun qarşısını biz almalıyıq. Bunun qarşısını biz bu illər boyu verdiyimiz bəyənatlarla, etirazlarla ala bilmirik. Yəni onlar heç bir qayda-qanuna tabe olmur. Bəs biz necə almalıyıq bunun qarşısını? Bunun qarşısını almaq üçün bu gün Azərbaycanın imkanları çox yüksək səviyyədədir. Azərbaycanın çox güclü döyüş qabiliyyətinə malik olan qüdrətli ordusu var. Paşinyanın və digərlərinin ayaqlarını Azərbaycan torpağından kəsmək üçün ordu sözünü deməlidir. Paşinyanların, onların tör-töküntülərinin hamısı Azərbaycan torpaqlarından çıxarılmalıdır, sağ olanlar çıxmalı, qalanları da murdar olmalıdırlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, Şuşaya və digər ərazilərimizə nəzarət bizim əlimizdə olmalıdır. Yəni biz BMT-yə hansı sərhədlər çərçivəsində qəbul olunmuşuqsa, hansı ki, o sərhədlər bu dünyaya məlumdur, biz həmin sərhədləri bərpa etməliyik. Hələ ki ərazilərimiz işğal altındadır. Paşinyan və onun kimi digər cinayətkarlar bu ərazilərə kefi istəyəndə gəlir, kefi istəyəndə gedir. Mən belə hesab edirəm ki, bunların hamısının bircə həll yolu var, ikincisini görmürəm. O da hərbi gücümüzdən istifadə edib düşməni məhv etmək, ərazilərimizi işğaldan azad etmək, ərazi bütövlüyümüzü təmin etməkdir".

Millət vəkili Aqil Abbas isə məsələ ilə bağlı fikirlərini bir cümlə ilə ifadə etdi: "Mənim məsələyə münasibətim odur ki, gedib Şuşanı azad etməliyik ki, o da bir daha orada yallı oynamasın, vəssəlam".Yeniavaz.com

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...