Deputatlardan Kəlbəcərdə baş verənlərə sərt REAKSİYA: "Ermənistan xəritədən silinmək üçün əsaslar yaradır"

Deputatlardan Kəlbəcərdə baş verənlərə sərt REAKSİYA:
"Hadisəyə görə Ermənistanla bərabər, bu təcavüzkar ölkənin əməllərinə haqq qazandıran, ona müxtəlif formada dəstək verən bütün mürtəce güclər, o cümlədən minalanmış ərazilərin xəritəsinin verilməməsinə görə təsir imkanı olsa da, hərəkətsizlik göstərən bütün tərəflər məsuliyyət daşıyır".

Sfera.az bildirir ki, bunu deputat Bəhruz Məhərrəmov Kəlbəcərdə minaya düşərək vəfat edən jurnalistlərdən danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, baş verənlər terror hadisəsi, müşahidə edilən məlum yanaşma isə terrora dəstəkdir:

"Bu cür qərəzli və vicdansız yanaşma, o cümlədən, Ermənistan dövlətinin Beynəlxalq humanitar hüquqa əhəmiyyət verməməsi, 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirməsi regionda belə insidentlərin yenidən təkrarlanmasına, mülki insanların tələfatının davam etməsinə zəmin yaradır. Mövcud mənzərə Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərini sual altına almaqla, Ermənistanın özünün dövlət kimi xəritədən silinməsi üçün əsas yaradır. 

Hesab edirəm ki, baş verən hadisə beynəlxalq insan hüquq müdafiə təsisatları və media təşkilatları üçün bir imkandır və həmin təşkilatlar media mənsublarımızın faciəli şəkildə həlak olmasını və Ermənistanın humanitar cinayətlərini kəskin formada pisləyərək bəşəri dəyərlərinin müdafiəsi ilə məşğul olduqlarını sübut etməlidirlər. O cümlədən beynəlxalq ictimaiyyət Ermənistan və onun havadarlarından mülki insanları hədəfə alan terror siyasətinə son qoymağı tələb etməlidir".

Deputat Azər Badamov isə minalanmış ərazilərin xəritələri verilmədiyi və beynəlxalq ictimaiyyət vətəndaşlarımızın minaya düşərək həlak olmalarına susqunluqla yanaşmağa davam edəcəyi halda, hansı addımı atmalı olduğumuzdan söz açıb:

"Belə olarsa, ərazilərimizin minalardan təmizləməyin ən effektiv yolu həbs olunmuş erməni diversantlarını cərgəyə düzüb minalı ərazilərdə gəzdirməkdir. Qoy haylar özlərinin basdırdıqları minalarda məhv olunsunlar”.

Millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı qeyd edib ki, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərimizdə 27 vətəndaşımız minaya düşərək həyatlarını itiriblər:

"Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi, bu yöndə edilən çağırışları önəmsəməməsi ölkəmizə qarşı terror siyasətini davam etdirdiyinin göstəricisidir. Ümid edirəm, beynəlxalq qurumlar həmrəylik nümayiş etdirərək bu yöndə daha ciddi şəkildə addımlar atacaq”.

Digər deputat Aydın Mirzəzadə isə vurğulayıb ki, müharibə bitsə də, onun fəsadları hələ də bitmir: 

"Ermənistan beynəlxalq hüquq normalarını pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Dünya bunu bilməli və Ermənistanın humanizmə zidd fəaliyyətinə layiq olduğu qiyməti verməlidir. Təəssüf ki, hələ də buna göz yumaraq Ermənistanı müdaifə edən ölkələr və qüvvələr var. Azərbaycan xalqı bunları unutmayacaq.

Biz Ermənistandan fərqli olaraq terrora terrorla, minalara minalarla cavab verməyəcəyik. Biz sivil ölkəyik. Ermənistana güclü dövlət olmaqla cavab veririk və daima daha da güclü olacağıq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...