Deputatlar nazirdən Assanjın İsveçə ekstradisiyasını xahiş etdilər
Dünya
13:49 / 13.04.2019
3883
Böyük Britaniya parlamentinin 70-dən çox deputatı "WikiLeaks” portalının sahibi Julian Assanjın İsveçə ekstradisiyası üçün ölkənin daxili işlər naziri Sacid Cavidə müraciət ediblər.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, məktubda deyilir:
"Əgər İsveç hökuməti Julian Assanjın ekstradisiyası üçün sorğu göndərsə, onun təhvil verilməsini təmin etmək üçün əlinizdən gələn hər şeyi edin”.
Xatırladaq ki, J. Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb. O, 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir.