Deputatın “erməni dili kurslarına yazılaq” fikri etiraza səbəb oldu

Deputatın “erməni dili kurslarına yazılaq” fikri etiraza səbəb oldu
"Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyevin "Erməni əsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün erməni dili kursları təşkil edirik" sözləri sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.
 
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Turab Rzayev bildirib ki, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır, azərbaycanlılar erməni cəmiyyətinə yox:

"Vətəndaşların narazılıqları haqlı və yerindədir. Əlbəttə, 20 minlik erməni əhalisinə görə, 10 milyonluq Azərbaycan əhalisinin erməni dilini öyrənməsi absurddur. Onsuz da Qarabağ ermənilərinin əksəriyyəti Azərbaycan dilini yaxşı bilir. Biz bunu 44 günlük müharibə zamanı ələ keçirilən hərbi əsirlər və işğaldan azad edilən ərazilərə qayıdıb öz əşyalarını götürmək üçün gələn ermənilərin timsalında gördük”.

T. Rzayevin sözlərinə görə, Azərbaycan dövlətinin erməni əsilli vətəndaşlarının cəmiyyətə inteqrasiyasına dair dövlət proqramı var və yaxın zamanda ölkə rəhbərliyi tərəfindən elan ediləcək:

"Düşünürəm ki, millət vəkili Tural Gəncəliyev öz fikirni düzgün ifadə edə bilməyib. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı dövlət proqramı həyata keçirilir. Hətta yaxın müddətdə ölkə rəhbərliyinin bu məsələ ilə bağlı qərarı gözlənilir. Buna görə də ermənilər Azərbaycan dilində kurslara cəlb olunmalıdır. İstisna olaraq yerli məmurların erməni dili öyrənməsi mümkün ola bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR