Deputatdan Fuad Abbasovla bağlı AÇIQLAMA: “Ailəsində erməni olan diaspora rəhbərləri…”

Deputatdan Fuad Abbasovla bağlı AÇIQLAMA: “Ailəsində erməni olan diaspora rəhbərləri…”
 

"Fuad Abbasovun o şəkildə saxlanılması hüquqdan daha çox hansısa sifarişin icrasına bənzəyir”.

Sfera.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Fuad Abbasovun Rusiyada kobudluqla saxlanılaraq, fiziki təzyiqlərə məruz qalmasının mümkün səbəblərindən danışan Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu hadisə konkret sifarişin icrasına bənzəyir:

"Bizim Rusiyadakı səfirliyimiz və Diaspora Komitəsi bununla bağlı artıq öz səsini qaldırmalıydı. Onlar hadisəyə reaksiya verməliydilər. Ancaq çox təəssüf ki, bizim Rusiyadakı diaspora təşkilatları arasında birlik, həmrəylik yoxdur. Fuad Abbasovun hansı əsaslarla saxlanmasına rəsmi qaydada şərh verilməyincə, biz məsələnin hüquqi tərəfi barəsində danışa bilmirik.

Lakin saxlanma anında ona qarşı tətbiq olunan fiziki təzyiqlər, qolunun qandallanması, kobud şəkildə maşına mindirilməsi və polislərin o səhnəni videoya çəkərək yaymaları deməyə əsas verir ki, Fuada qarşı bir tapşırıq icra olunur. Deportla bağlı adamın qolunu qandallamırlar.

Bilirsiz ki, Fuad Rusiyada Azərbaycanı sevməyən dairələri ifşa edirdi, ermənilərlə yaxınlığı olan diaspora rəhbərlərinin adlarını çəkirdi, ailəsində erməni olan diaspora təşkilatlarımızın rəhbərləri var… Yəni bu, onların da sifarişi ola bilər.

Yenə deyirəm, bu hadisə bütün hallarda hüquqdan daha çox hansısa sifarişin icrasına bənzəyir”.


OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...