Deputat: “Yeni davranış qaydalarını mənimsəyib, ona riayət etməklə koronavirusa qalib gələ bilərik”

Deputat: “Yeni davranış qaydalarını mənimsəyib, ona riayət etməklə koronavirusa qalib gələ bilərik”
 Koronavirus epidemiyasına yoluxmamanın ən doğru yolu yeni davranış qaydalarını mənimsəyərək onlara riayət etməkdən keçir.

 Bunu ölkə.az-a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkili bildirib ki, COVİD-19 virusunun hələ bundan sonra nə qədər davam edəcəyi barədə heç kim heç nə bilmir. "Bilinən odur ki, virus  davam edəcək. Son zamanlarda isə karantin rejiminin  yumşalması ilə əhali arasında virusa yoluxma halı daha da sürətlənib. Bu tendensiya bütün dünyada müşahidə olunmaqdadır.  Odur ki, belə olan şəraitdə bu yolxucu infeksiyadan ən yaxşı qoruyucu elə insanlar  özləri olmalıdır. Artıq  koronavirus pandemiyasından qorunma ilə bağlı tətbiq edilən qaydalar  hər birimizin  gündəlik davaranış qaydasına və  müvəqqəti də olsa bir həyat tərzinə çevrilməsindən keçir.  Yəni hər birimiz qoruyucu vasitələr, masakalar, gigiyenik qaydalar, sosial məsafəni qorumaq və sair bu kimi əməllər bizim gündəlik davranış qaydalarımıza daxil olmalıdır. Əks təqdirdəheç bir məhdudlaşdırıcı tədbirlər koronavirusa yoluxmadan xilas edə bilməyəcək”- deputat bildirib.
 Deputat hesab edir ki, qaydalara ciddi əməl etməklə biz bu bəladan xilas ola bilərik: "Çünki hökumət yoluxma halının minimum endirilməsi, yoluxan şəxslərin müalicəsi və sair istiqamətdə zəruri addımlar atır. Ancaq bütün məsələni hökumətin və ya dövlətin üzərinə atmaq yanlış hərəkətdir. Sağlamlığımızın keşiyində ilk növbədə özümüz durmalıyıq. Bunun üçün vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Təkcə özümüz qaydalara əməl etməməliyik, eyni zamanda ətrafımızdakıları da bu qaydalara riayət etməyə təşviq etməliyik. Ancaq insanların bir-birini bu qaydalara əməl etməyə sövq etmək yolu ilə üzləşdiyimiz bəladan daha az itki və qısa zamanda  qurtara bilərik. Normal həyatı bərpa edə bilərik. Cənab Prezident də bütün çıxışlarında ölkə vətəndaşlarına müraciət edərək, vətəndaş məsuliyyəti, nizam-intizamı nümayiş etdirməyə dəvət edir. Özü də cəmiyyətə nümunə olaraq qaydalara əməl edir. Biz bir olarıqsa, o zaman bu bəladan xilas ola bilərik”.

Qaydaların sərtləşdirilməsinə gəldikdə isə deputat Ülvi Quliyev bildirib ki, atılan bütün insanların sağlamlığının müdafiəsinə və üzləşdiyimiz bəladan daha az itki ilə çıxmağa xidmət edir: "Amma bir daha təkrar edirəm ki, birtərəfli qaydada atılan addımlar lazımi effekt verə bilməz. Nə qədər çətin olsa da, bu, o zaman effekt verəcək ki,  insanlarımız  qaydalara ciddi riayət edəcək və bu qaydaları özlərinin bir həyat  və davranış tərzinə çevirəcəklər. Dövlət, hökumət nə qədər təsirli tədbirlər həyata keçirsə və o tədbirlər insanlar tərəfindən əməl olunmayacaqsa, məsuliyyətsizlik nümayiş etdiriləcəksə nəticəsi olmayacaq. Gəlin bir olub, qaydalara əməl etməklə  bəlaya qalib gələk. Tez bir zamanda pandemiyadan öncəki normal həyata dönək!”.

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...