Deputat Şahin Seyidzadə növbəti videoqəbul keçirib - FOTO
Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Şahin Seyidzadə özünün şəxsi Facebook səhifəsində bu ay keçirdiyi növbəti videoqəbul haqda seçicilərinə məlumat verib.
Sfera.az millət vəkilinin sözügedən hesabatını oxucularına təqdim edir:
"İyun ayı ərzində növbəti videoqəbul həyata keçirildi. #Abşeron (#Novxanı kəndi və #Saray qəsəbəsi) və Qobustan (#Qobustan şəhəri, #Nabur, #Nərimankənd, #Poladlı, #Sündü, #Xilmilli kəndləri) rayonları üzrə daxil olan təhsil, hüquq, sağlamlıq, sosial, infrastruktur, torpaq və əmlak məsələləri istiqamətli müraciətlər əsasında 9 seçicimiz videoqəbulda iştirak edərək öz müraciətlərini ətraflı səsləndirib.
#Pandemiya ilə əlaqədar olaraq seçicilərimizlə görüşlər xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq və sağlamlığın qorunması məqsədi ilə hal-hazırda #onlayn formada zənglər əsasında həyata keçirilir.”