Deputat Sabir Hacıyev susqunluğu pozdu - Mətbuata mühüm açıqlamalar verdi
21:02 / 01.03.2021
2908
"Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı iki, ya da üç aşpaz varsa, onlardan biri mənəm".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Hacıyev yerli kivlərə verdiyi müsahibəsində deyib.
"Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir.
Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm.
Bir sirr açım: yeməkləri sevgi ilə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub.
Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm.
Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb.
Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var". (Modern.az)