Deputat qızları təhsilə cəlb etmək üçün təqaüd ayırdı

Deputat qızları təhsilə cəlb etmək üçün təqaüd ayırdı
 

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda abituriyent qızların təhsilini davam etdirməsinə dəstək üçün maraqlı addım atıb.

Sfera.az  xəbər verir ki, rayon sakinlərinə təqdim olunmuş elana görə, 2019/20-ci tədris ilində XI sinfi bitirmiş qızların Dövlət Pedaqoji və Xarici dillər Universitetlərinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə müəllimlik ixtisaslarına 300 baldan artıq nəticə göstərərək ödənişsiz əsaslarla qəbul olduğu təqdirdə təqaüd alması, ödənişli əsaslarla qəbul olduğu təqdirdə isə təhsil haqqının ödənilməsi nəzərdə tutulub.

Bütün təhsil və təqaüd xərcləri bank hesabı vasitəsilə tənzimlənəcək.

 

Qeyd edək ki, bu şərtlər özəl universitetlərdə təhsil alanlara şamil edilmir. Semestr imtahanında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaq.

Universitetə qəbul alan şəxslər lazım olan sənədləri YAP Masallı rayon şöbəsinin binasına təqdim edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...