Deputat: “Pandemiya dövründə təhsilin effektivliyini təmin etmək üçün bütün addımlar atılmalıdır”

Deputat: “Pandemiya dövründə təhsilin effektivliyini təmin etmək üçün bütün addımlar atılmalıdır”
"Pandemiyanın nə zaman bitəcəyi bəlli olmadığından təhsili və bu sahədə effektivliyin təmin olunmasını pandemiyanın tələblərinə, həm də müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulmasını zəruri edir. Tarixə nəzər salsaq o zaman görərik ki, heç bir xalq qılınc və silahla deyil, yalnız elmin, təhsilin gücünə irəli gedib, inkişaf edib.Ona görə də təhsil sahəsindəki problemlər aradan qaldırılıb, əlçatanlığı təmin etmək lazımdır”.
 
Bunu "Ölkə.Az”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə,  sentyabrın 15-dən etibarən ölkədə yeni tədris ili  başlanacaq və müvafiq dövlət qurumları təhsilin epidemioloji vəziyyətə  uyğun şəkildə təhsilin davam etməsi  istiqamətində  fəaliyyətlərini davam etdirirlər.

"Biz güclü, qüdrətli, inkişaf etmiş dövlətin formalaşmasını, xalqımızın rifah halında yaşamasını, o cümlədən cənab Prezidentin Azərbaycanın gələcək inkişafı ilə bağlı nəzərdə tutduğu hədəflərə nail olunmasını istəyiriksə, o zaman pandemiya dövründə də  təhsilə ciddi diqqət yetirib, bu sahənin axsamasına, geriləməsinə  imkan verməməliyik. Mümkün vasitələrdən istifadə etməklə savadlı, sağlam gələcək nəslin yetişməsinə səy göstərməliyik. Onu da qeyd edim ki, cənab Prezident və Birinci vitse-prezident  tərəfindən  Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Təhsil ölkə rəhbərliyinin yürütdüyü siyasətin prioritetini təşkil edir. Dövlət rəhbərliyinin bu istiqamətdəki fəaliyyəti nəticəsində respublikanın bütün regionlaırnda  3200-dən artıq yeni məktbə binası tikilib, xeyli sayda məktəb təmir olunaraq, maddi-texniki bazası müasir dövrün tələblərinə uyğun şəkildə qurulub və təmin edilib. Bu proses bu gün də davam etməkdədir”- deputat qeyd edib.

Millət vəkili hesab edir ki, pandemiya dövründə təhsil onlayn formada tədris edildiyindən, təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həlli vacibdir: "Birincisi, təhsildə effektivlilik və əlçatanlıq. Yəni öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı, ikincisi, təhsil alanların və təhsil verənlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı, üçüncüsü, bu resurslardan istifadə etmək cəhdi və arzusu… Ancaq etiraf etmək lazımdır ki, qeyd etdiyim hər üç məsələnin həllində problemlər mövcuddur. Təhsildə əlçatnalığı təmin etmək üçün şagird və tələbələrin rahat internetə çıxışını təmin etmək laızmdır. Lakin bu məsələdə nəinki respublikanın bölgələrində, eyni zamanda  Bakı, Abşeron yarımadasında  insanların  keyfiyyətli internetə çıxışında  problemlər yaşanmaqdadır.  İnternetə çıxışda problemlər olduğundan  təhsilin nə  effektivliyini, nə də əlçatnalığını təmin etmək olmur. Ona görə də bu sahədəki çatışmazlıq aradan qaldırılmalı, insanlar keyfiyyətli, davamlı internetlə təmin olunmalıdır. Çünki cənab Prezident də bir neçə ay bundan öncə çıxışında bu məsələyə toxunaraq, əhalinin  internetə  çıxışını təmin edilməsini  tələb kimi müvafiq qurumlar qarşısında qaldırıb.
Digər əsas diqqət yetirəcəyimiz məsələ isə yeniyetmə və gənclərin tərbiyəsi ilə bağlı olan məsələlərdir. Biz  sağlam düşüncəli, milli, vətənpərvər ruhda  gənc nəslin, peşəkar kadrların  yetişdirilməsinə əvvəlkindən daha çox böyük diqqət yetirməliyik. Postpandemiya dövrü ciddi dəyişikliklər dövrü olacaq və biz buna hazır olmalıyıq.

Ölkə başçısı da çıxışlarında buna xüssusi diqqət yetirir. Ona görə də gənc nəslə xüsusi  diqqət göstərərək, onların   ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında iştirakı üçün geniş imkanlar yaradıb. Elə son illərdə cənab Prezidentin təyin etdiyi kadrların əksəriyyəti gənclərdir. 

Biz bu gün böyük iftixarla deyə bilərik ki, müasir Azərbaycan gəncliyi bütün mərhələlərdə ölkənin aparıcı sosial-siyasi qüvvəsinə çevrilərək dövlət  müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Biz bunun erməni işğalçılarının  sonuncu Tovuz istiqamətində törətdiyi təxribatların, ölkəmizə qarşı yönələn təhdidlərin qarşısının alınmasında şahidi olduq.  Azərbaycan gəncliyi təkcə təhdidin qarşısının alınmasında yox, həmçinin ermən fitnəkarlığının dünyada ifşa olunmasında müstəsna rol oynadı.
Bizim də borcumuz gənc  sağlam nəslin yetişməsi üçün  mövcud problemlərin, məsələlərin  aradan qaldırılmasına nail olaq”.

OXŞAR XƏBƏRLƏR

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...