Deputat: “Ordumuz sözünü deyəndə Ermənistanın haray-həşiri nəticə verməyəcək”

Deputat: “Ordumuz sözünü deyəndə Ermənistanın haray-həşiri nəticə verməyəcək”
"Ermənistan hər vəchlə sülh danışıqlarını pozmağa və işğal siyasətini möhkəmləndirməyə çalışır. İstər Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında yeni yolun çəkilişi olsun, istərsə Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, istərsə də bu günlərdə Ermənistanın Xarici İşlər nazirinin Xankəndinə reallaşan səfəri olsun. Ermənistan bu təxribatçı hərəkətləri ilə onsuz da kövrək olan danışıqlar prosesini zərbə altında qoyur”.
 

Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın Xankəndinə səfərini şərh edərkən deyib.
 
Millət vəkili bildirib ki, Azərbaycan Ermənistanın bütün bu təxribatçı hərkətlərinə  baxmayaraq münaqişənin  danışıqlar  yolu ilə həllinin tərəfdarı olsa da,  İrəvan danışıqlar prosesini pozmağa, bölgədə  gərginlik yaratmaq istiqamətində davamlı  təxribatçı fəaliyyətini davam etdirməkdədir:
 
"Ermənistan XİN başçısının  Xankənidə səfəri və orada separatçı rejimin rəhbərləri ilə görüşməsi bu qəbildən olan hərəkətdir. Bu bir daha sübut edir ki,  Ermənistan substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətinin olmadığını və danışıqlar prosesini pozmağa çalışır”.
 
Millət vəkili əlavə edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoymaq və danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsi üçün beynəlxalq aləmin, xüsusən də münaqişənin həllində  vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa  İrəvana təcili təzyiq edərək, bu təxribatçı hərəkətlərdən geri çəkilməsinə məcbur etməlidir:
 
"Əks təqdirdə, Azərbaycanın səbrinin də bir həddi var.  Artıq səbr kasası daşmaqdadır. Əgər Ermənistana  işğalçılıq siyasətindən əl çəkib, bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması istiqamətində real addımlar atmağa vadar edilməyəcəyi təqdirdə,   müharibə alovlana bilər və bu qaçılmazdır. O zaman  bütün məsuliyyət Ermənistanın və ATƏT MQ həmsədrlərinin üzərinə düşəcək.  Çünki Azərbaycan  torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq.  Nə qədər gec deyil, beynəlxalq birlik bu istqamətdə təcili təsirli tədbirlər görməli,  öz sərt mövqeyini ortaya qoymalıdır. Yoxsa, gec olacaq. Azərbaycan Ordusu öz sözünü deməyə başlayanda Ermənistanın yalvarışları və haray-həşiri nəticə verməyəcək”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...