Deputat nəvəsi şəhid olan seçicisi ilə görüşdü - FOTO
Cəmiyyət
11:56 / 15.01.2022
793
Deputat
Elnur Allahverdiyev şəhid Bağırov Əli Altay oğlunun babası Hacı Etibarla şəhidin
məzarı önündə görüşüb.
Sfera.az
xəbər verir ki, millət vəkili baş tutan görüşün onu təəccübləndirdiyini qeyd
edib.
E.Allahverdiyev
təəssüratlarını öz feysbuk hesabında bölüşüb:
"2020-ci
ilin parlament seçkiləri dövründə komandamızın ağsaqqalı olan, dairəmizin
seçicisi Hacı Etibarla hər birimizi möhkəm dostluq və mənəvi tellər birləşdirir.
Hər görüşümüz onun xeyir-duası ilə keçirilib. Getdiyimiz hər bir evə onun məsləhəti
ilə getmişik, Hacı Etibar seçicilərlə aramızda bir körpü rolunu oynayıb.
Dünən Əlinin məzarını babası ilə ziyarət etdik, ruhu
qarşısında baş əydik. Şəhidlərimizin hər biri bizim üçün əzizdir, çünki onlar
Hacı Etibar kimi ağsaqqal ata-babaların tərbiyyəsi, öyüd-nəsihəti ilə vətənpərvər
ruhda böyüyüb, Vətəni azad etməyə yollanıblar.
İnci