Deputat koronavirusla mübarizədə QHT-lərə və sahibkarlara səsləndi - VİDEO

Deputat koronavirusla mübarizədə QHT-lərə və sahibkarlara səsləndi - VİDEO
Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı vəziyyət dövlət Başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Sfera.az xəvər verir ki, bunu azxeber.com-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili dövlətimizin virusla mübarizədə bütün mümkün tədbirləri gördüyünü qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə tədbirlərini yüksək qiymətləndirməsinin heç də təsadüfi deyil. Azərbaycan təhlükə yaranar-yaranmaz vaxt itirmədən təhlükəsizlik tədbirləri həyata keçirməyə başladı.
 
Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah, 2020-ci il 19 mart tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı yaradıldı.
 
Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə milyonlarla vəsait ayrıldı. Bütün bunlarla yanaşı bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlər həyata keçirildi, tibbi texniki avadanlıqlarla təchizat məsələləri ən yüksək səviyyədə həll edildi.
 
Maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin könüllü ödəmələr etməsi üçün şərait yaradıldı.

Millət vəkili bəşəriyyəti qorxuya salan ciddi təhlükə ilə ölkəmizin mübarizəsi üçün dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hər kəsin dəstək olmasının vacibliyini vurğulayıb, hər kəsi Azərbaycan dövlətinin koronavirus infeksiyasının qarşısının alınması istiqmətində gördüyü mübarizə tədbirlərinə dəstək olmağa, dövlətin virusla mübarizə ilə bağlı qəbul etdiyi qərarlara intizamla əməl etməyə çağırıb.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...