Deputat: \"Könüllülük bütün cəmiyyətlərin gündəlik həyatında normaya çevrilməlidir\"

Deputat: \
 

"Virusa qarşı dövlət siyasətinə dəstək məqsədi ilə təşkilatlanan könüllülərimiz əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, eləcə də insanların sosial problemlərinin həlli ilə bağlı aksiyalarda fəallıq nümayiş etdirirlər".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, institusional formatda inkişaf edən könüllü fəaliyyətin ölkədə böyük bir hərəkata çevrilməsi çox sevindirici haldır:

"MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib. Bu gün milli könüllülük fəaliyyəti həm hüquqi, həm də qanunverici baza ilə tənzimlənir. Məlumdur ki, cənab Prezidentin qərarı ilə 2020-ci il "Könüllülər ili” elan edilib. Bu qərar təkmil əsaslarla işləyən Azərbaycan könüllüləri qarşısında yeni prioritetlər, yeni hədəflər müəyyənləşdirib. Koronavirus pandemiyasının yaratdığı reallıqlar isə bu prioritetlərin miqyasını bir qədər də genişləndirib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) çərçivəsində reallaşan vacib layihələrdən biri də talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılması ilə bağlıdır. Bu, həyati vacib prosesdə könüllülərimizin iştirakı həm də cəmiyyətdə xeyirxahlıq ənənələrinin möhkəmlənməsinə xidmət edir. Ümumiyyətlə, dünyadakı mövcud vəziyyət açıq şəkildə göstərir ki, könüllülük bütün cəmiyyətlərin gündəlik həyatında normaya çevrilməlidir". (report)


OXŞAR XƏBƏRLƏR