Deputat: “Keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra…”

Deputat: “Keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra…”
"Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Müxtəlif siyasi dairələrin, ayrı-ayrı dövlətlərin Ermənistana davamlı olaraq dəstək verməsi münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənməsinə xidmət etdi. Lakin məhz Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, strateji baxışı 30 il işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan yaratdı”.

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan məsələnin dinc yolla həlli üçün maksimum səbir nümayiş etdirsə də beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana qarşı təzyiq göstərməməsi danışıqların nəticəsiz bitməsinin əsas səbəblərindən biri olub. Azərbaycan dövləti 30 il ərzində beynəlxalq platformalarda kifayət qədər effektiv iş apararaq Ermənistanın işğalçı dövlət olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa müvəffəq oldu. Bununla yanaşı, ölkənin iqtisadi imkanları genişləndirildi, müasir ordu quruldu, qlobal güclərin iştirakı ilə irimiqyaslı iqtisadi layihələr həyata keçirildi. Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş, məsuliyyətli dövlət kimi təqdim edə bildi. Bütün bunlar əlbəttə ki, Qələbənin əldə olunmasında mühüm rol oynayıb.

Millət vəkilinin sözlərinə görə, müharibədən sonrakı reallıqlar bütövlükdə regionun siyasi və iqtisadi mənzərəsini dəyişib. Bu reallıqlar həm də region ölkələri, o cümlədən Ermənistan üçün yeni fürsətlər yaradıb. İndi əsas məsələlərdə biri bu fürsətləri düzgün dəyərləndirmək, qarşılıqlı əməkdaşlığı dərinləşdirərək bütövlükdə regionun rifahı üçün çalışmaqdır. Cənubi Qafqazda indiyə qədər heç vaxt olmamış elə bir təhlükəsizlik formatı yaranıb ki, buna əks getmək çox ciddi problemlərə səbəb ola bilər. O baxımdan hesab edirəm ki, Ermənistanda bəzi qüvvələrin revanşçı bəyanatları bu ölkə üçün yaxşı heç nə vəd etmir.

S.Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq indi Azərbaycanın əsas hədəfidir. Ölkəmizin bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün bütün imkanları var. İşğaldan azad olunmuş ərazilər bərpa olunduqdan və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq.

Deputat  ölkədə şəhid ailələri, müharibə əlillərinin sosial problemlərinin həlli üçün bütün imkanların səfərbər olunduğunu xatırladıb: "9200-ə yaxın şəhid ailəsi, müharibə əlilinə mənzillər verilib. Cənab Prezident bu il 3 minə yaxın mənzil veriləcəyini açıqladı. Eyni zamanda, işğaldan azad olunmuş ərazilər bərpa olunur. Yəni Azərbaycan müharibənin yaralarını sağaltmaqla məşğuldur. İqtisadiyyatını və ordusunu daha da gücləndirir. Ermənistanda isə siyasi qarşıdurma, hakimiyyət uğrunda mübarizə gedir. Bu ölkənin gələcəyə nikbin baxmağa imkan verən heç bir resursu, potensialı yoxdur. Ermənistanın yeganə çıxış yolu müharibədən sonrakı reallıqla barışaraq, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, kommunikasiyaların açılmasına nail olmaqla iqtisadi tənəzzüldən çıxmağa cəhd göstərməkdir”.

OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...