Deputat: “İqtisadiyyatımız indidən postpandemiya dövrünün tələblərinə uyğun şəkildə qurulmalıdır”

Deputat: “İqtisadiyyatımız indidən postpandemiya dövrünün tələblərinə uyğun şəkildə qurulmalıdır”
 Azərbaycan Prezidentinin pandemiya dövründə ölkə iqtisadi sahədə yürütdüyü siyasətin əsas prioritetini iqtisadiyyatın maksimum dərəcədə tənəzüllə uğramasının qarşısının alınması, postpandemiya dövrünün tələblərinə uyğun şəkildə qurulması və iqtisadi aktivliyi təmin edilməsi təşkil edir.
 

Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, postpandemiya  dövründə iqtisadi münasibətlərdə və idarəetmədə innovativ üsullar xüsusi əhəmiyyət kəsb edəcək. "Belə ki, postpandemiya dövründə yeni iqtisadi münasibətlər dövrü başlayacaq və biz buna indidən hazırlaşmalıyıq. Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi islahatlar və  son dövrlərdəki fəaliyyəti də əslində Azərbaycanı bu dövrə hazırlamaqdadır. Həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biri innovativ iqtisadiyyat qurmaq, insan kapitalına və texnologiyalara əsaslanan sosial iqtisadi münasibətlərin formalaşmasıdır”- deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkının qurulması  da bu məqsədlərə xidmət edir: "Əsas fəliyyət ölkə iqtisadiyyatını  neft-qaz asılığından  qurtarıb, qeyri-neft sektorunun inkişafı ilə əvəzlənməsinə, daxili bazarı yerli məhsullarla təmin edib idxalatdan xilas edib, ixracaatın artırılmasına  hədəflənib.  Sumqayıt Kimya Sənaye Parkının bu məsələdə xüsusi yeri olacaq. Cənab Prezident Sumqayıt Kimya Sənaye Parkında çıxışı zamanı da qeyd etdi ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki valyuta gətirən ixracyönümlü məhsulların istehsalı ölkədə maliyyə sabitliyinin təmin edilməsinin əsas mənbələrindən biridir. Bu baxımdan idxalı əvəzləyən yerli məhsulların istehsalı ilə yanaşı, ixracyönümlü istehsalat sahələrinin yaradılmasına   ehtiyac var. Biz  yerli məhsulun istehsalına geniş imkanlar yaratmaqla   həm yeni iş yerlərinin açılmasına, sosial-iqtisadi vəziyyətin inkişafına, pandemiya dövründəki iqtisadi tənəzzülün mənfi təsirlərinin qısa zamanda aradan qalxmasına, həm də rəqabətqabliyyətli ixracyönümlü məhsullar istehsal etməklə ölkəyə əlavə valyuta gətirilməsini təmin edə bilərik. Elə etməliyik ki, postpandemiya dövründə Azərbaycan qısa zaman özünün yeni iqtisadi modelini ortaya qoya bilsin. Bu baxımdan bizə  həmçinin gənclərin  dövrün tələbinə uyğun peşələrə yiyələnməsi vacibdir.  Hesab edirəm ki, Sumqayıt Peşə Təhsili Mərkəzi bu sahədə öz töhfəsini verəcək.  Əgər biz indidən iqtisadiyyatımızı postpandemiya dövrünün qurulması istiqamətində ciddi addımlar atsaq,  postpandemiya dövründə də qısa zamanda qarşıya qoyulan hədəflərə çatacağıq. Əminəm ki, cənab Prezidentin yürtüdüyü məqsədyönlü siyasət nəticəsində  Azərbaycan iqtisadiyyatda  yeni  modeli tətbiq etməklə növbəti inkişaf mərhələsinə qədəm qoyacaq”.



OXŞAR XƏBƏRLƏR