Deputat icra başçılarını tənqid etdi

Deputat icra başçılarını tənqid etdi
 

"Dövlətin həmişə yükün altına girməməsi üçün sığorta ilə bağlı inamlı sistem yaradılmalıdır. Azərbaycanda insan yüz minlərlə pul verib ticarət mərkəzində yer alır, ancaq adı ancaq sahibkarın dəftərində olur. İcarə müqaviləsi bağlananda niyə tələb qoyulmur ki, sığorta olunmalıdır?”

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu qanunvericilikdə də əksini tapır.

"Bir məqamı da qeyd edim. Artıq 5-6 aydır ki, icra hakimiyyəti başçıları sərəncam vermir. İnsanlar işləməlidir. Digər tərəfdən, iş adamları günlərlə gözləyir ki, "ASAN İmza”nı yeniləsin.

Bu, vətəndaşa xidmət yox, əzab vermək oldu. Bu cür addımlarla atılan gözəl işlərə kölgə salınmamalıdır. Bu, cəmiyyəti xaosa sürükləməkdir.

İnsanlara bu qədər dövlət vəsaiti ayrılır, şərait yaradılır ki, vətəndaş dirçəlsin. İş adamı iş yeri açmalıdır ki, insanlar işləsin. Sığorta sistemi canlandırılmalıdır ki, iş adamları mal-mülkü sığorta etdirsin. Biz bunu edə bilməsək, büdcədə sonra başqa işlərə pul tapa bilməyəcəyik”.


OXŞAR XƏBƏRLƏR