Deputat: İçərişəhərdə bu işləri görmək ayıbdır

Deputat: İçərişəhərdə bu işləri görmək ayıbdır
Bu İçərişəhəri 20 ildir ki, sökürlər, kafe-restoran tikirlər, bundan sonra da söküb tikəcəklər. İndi xəbər tutublar hələ? Bunu açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas İçərişəhərin Qala divarları boyunca kafe-terrasların genişləndirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İçərişəhərdə bu işləri görmək ayıbdır: "Bu İçərişəhəri 20 ildir ki, sökürlər, kafe-restoran tikirlər, bundan sonra da söküb tikəcəklər. İndi xəbər tutublar hələ? Yatmışdılar məgər? Sağ olsunlar ki, Qala divarlarını sökməyiblər. Təşəkkür etmək lazımdır ki, Mənuçöhrün tikdirdiyini sökməyiblər. İndi yeni Mənuçöhrlər çıxıb, tikirlər. Ayıbdır, İçərişəhərdə bu işləri görmək ayıbdır”.

Xatırladaq ki, İçərişəhərdə Qala divarlarının bir hissəsinin sökülməsi və yerində restoran tikilməsi ilə bağlı mətbuatda yayılan iddialara cavab olaraq  "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bildirmişdi ki, əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır:

" Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir. İçərişəhər həmçinin böyük bir turizm obyektidir. Belə şəhərlərdə kafe və restoranların açılması dünya təcrübəsinə tam uyğundur. Daş-kərpicsiz, divardan aralıqda 10 ilə yaxın mövcud olan və nədənsə orada səhər yeməkləri yeyən zaman Qala divarları heç yadlarına düşməyən bəzi şəxslərin irad tutduğu kimi yox, yüngül metal konstruksiyalardan ibarət kafe-terraslar yığılır və heç bir abidəyə zərər yetirmir”. Yeniavaz

OXŞAR XƏBƏRLƏR