Deputat: “Gürcüstandakı Azərbaycan məktəblərində kadr çatışmazlığı var”

Deputat: “Gürcüstandakı Azərbaycan məktəblərində kadr çatışmazlığı var”

Gürcüstanın Marneuli rayonunda qadınların problemləri, təhsillə bağlı müzakirələr aparılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə müxtəlif strukturlarda çalışan qadınlar, o cümlədən müəllimlər, həkimlər və həmçinin azərbaycanlı tələbə qızlar, orta məktəb şagirdləri iştirak ediblər.

 

Tədbirdə Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani də iştirak edib. R.Hacıyev Gürcüstan cəmiyyətində qadınların rolunun böyük olduğunu bildirib: "Qadınların rolu böyük olsa da, problemləri də mövcuddur. Gürcüstan dövləti həmişə bu problemlərin həllinə çalışır. Son illər erkən evlilik, zorakılıq əlamətlərinə yalnız Marneulidə deyil, eləcə də bütün Gürcüstan ərazisində rast gəlirik. Düşünürəm ki, bu vacib məsələlər barədə parlamentdə məsələ qaldırmağın vaxtı çatıb”.

 

R. Hacıyev Gürcüstanda Azərbaycan dilli orta məktəblərdə gənc pedaqoji kadrların çatışmazlığından söz açaraq, gənc kadrlara, Gürcüstan ali məktəblərində təhsil alan gənc tələbə qızlara həmişə dəstək olacaqlarını açıqlayıb: "Azərbaycanlı tələbə qızlar indidən seçim etməlidirlər ki, məktəblərimizdə pedaqoji kadr qıtlığı var. Gənc pedaqoji kadrların necə hazırlanması problemi mövcuddur. 25 ildir ki, gənc, təcrübəli və savadlı kadr hazırlanmır. Bu, bizi narahat edir”.

 

Deputat erkən nikahlar barədə danışarkən "Gənc nəsil öz hüquqlarını qorumalıdır. Parlament erkən evliliyə qarşı qanun qəbul edib. Bu, çox yaxşı qanundur”, deyə bildirib.

 

Deputat Tamaz Naveriani gənclərin, qadınların problemlərinin həllinə çalışacağını, eyni zamanda onlara hər bir məsələdə dəstək olacağını bildirib. O, gürcü dilinin öyrənilməsini vacib hesab etdiyini deyib: "Mənə məlumdur ki, gürcü dilini bilən azərbaycanlı gənclər Gürcüstan qanunvericiliyini öyrənəndən sonra hökumətin, parlamentin qərar və qətnaməsi ilə yaxından tanış olur. Onlar dövlətimizi həmişə dəstəkləyirlər. Gənclərin dövlət dilini mükəmməl öyrənməsi o deməkdir ki, onlar gələcəkdə müxtəlif sahələrdə işlə təmin olunacaqlar”.

 

Tədbirdə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, gürcü və azərbaycanlı qadınlar, QHT nümayəndələri müxtəlif suallarla deputatlara müraciət ediblər. Mövcud problemləri səsləndirən tələbələr Azərbaycan dilli məktəblərdə dərsliklərin çatışmazlığını, 2010-cu ildə nəşr olunan və hazırda istifadə olunan dərsliklərdə orfoqrafik, qrammatik və elmi səhvlər olduğunu deputatların nəzərinə çatdırıblar.

 

Deputatlar bu məsələləri parlamentdə qaldıracaqlarını, həlli üçün çalışacaqlarını deyiblər.


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...