Deputat: “Ermənilər diplomatiya dilini başa düşmürsə, o zaman Azərbaycan ordusu sözünü deyəcək”

Deputat: “Ermənilər diplomatiya dilini başa düşmürsə, o zaman Azərbaycan ordusu sözünü deyəcək”
 Separatçı Dağlıq Qarabağ rejiminin rəhbərinin "seçki”sinin nəticəsi ilə bağlı Şuşada "andiçmə” mərasimi Qarabağ münaqişəsinin sülh yolu həlli istiqamətində aparılan danışıqlar prosesini pozmaq üçün ermənilər tərəfindən həyata keçirilən növbəti təxribatdır.
 

Bunu "Ölkə.Az”a açıqlamasında  millət vəkili Ülvi Quliyev deyib.

Onun sözlərinə görə, bu bir daha sübut edir ki,  Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. "Ona görə də Ermənistan tərəfi hər vasitə ilə danışıqlar prosesindən yayınır və danışıqlar prosesini pozurlar. Şuşada keçirilən "andiçmə” mərasimi adı altında keçirilən "şou”da məhz buna xidmət edir. Hesab edirəm ki, ermənilərin bu hərəkətinə  ATƏT Minsk Qrupu həmsədr ölkələri  təcili reaksiya verib,  Ermənistanın təxribatçı hərəktələrdən çəkindirməyə və  münaqişənin həllində konstruktiv mövqe sərgiləməyə vadar etməlidir. Əgər ATƏT MQ həmsədrləri məsələyə biganə və laqeyd yanaşmaqda davam edəcəksə, o zaman bölgədə müharibənin  alovlanması qaçılmaz olacaq.   Həm ermənilər, həm də münaqişənin həlli ilə məşğul olan ölkələr bir şeyi unutmamalıdır ki, Azərbaycanın səbri sonsuz deyil. Artıq bu səbr kasası daşmaqdadır. Xüsusilə  Ermənistan  etdiyi hərəkətlərdə ehtiyatlı olmalıdır və 2016-ci il aprel döyüşlərini unutmamalıdır. Azərbaycanın bu dəfə verəcəyi cavabı daha ağır olacaq. Əgər ermənilər diplomatiya dili ilə başa düşə bilmirlərsə, o zaman Azərbaycan ordusu sözünü deməyə hazırdır.  Nəinki hazırdır, qısa zaman  kəsiyində torpaqları işğalçılardan  azad  etməyə qadirdir.  Əgər proses belə gedərsə, son sözü Azərbaycan ordusu  deməli olacaq!”- Ü.Quliyev bildirib.



OXŞAR XƏBƏRLƏR