Deputat: “2025-ci ilədək Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olacaq”

Deputat: “2025-ci ilədək Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olacaq”
 

"Cənab Prezident keçirdiyi son müşavirədə də bəyan etdi ki, 2020-ci ildə islahatlar davam etdiriləcək. 2019-cu ilin sonlarından etibarən istər Prezident Administrasiyasında, istərsə də Nazirlər Kabinetində iqtisadi komandanın gücləndirilməsini müşahidə etdik. Bu da təsadüfi deyil. Çünki 2020-ci il Strateji Yol Xəritəsinin orta perspektiv üçün hədəflərinin reallaşdırılmasına start verilir”. 

Sfera.az saytı xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. 

Deputat qeyd edib ki, indi koronavirus pandemiyası ilə əlaqədar olaraq bu islahatlar bir az ləngiyəcək, ancaq mütləq icra ediləcək:

 

"2025-ci ilədək milli iqtisadiyyat üzrə uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna daxil olmuş Azərbaycan iqtisadiyyatının bütün tərəflərinin faydalı əməkdaşlığı şəraitində daha çox dəyər yaratmaqla, rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olacaq. 

Xüsusilə, azad rəqabət mühitinin inkişafı özəl sektorun dəstəklənməsi ilə müşayiət olunmaqla milli iqtisadiyyata daha çox investisiya cəlb olunması və bazarlara çıxış imkanının genişləndirilməsi ilə nəticələnəcək. 

Milli iqtisadiyyatın inkişafı qlobal və regional kontekstdə başlıca meyillər nəzərə alınmaqla təmin ediləcək, həmçinin, qlobal və regional dəyər zəncirlərinə inteqrasiya əsas götürüləcək.

Makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektoru Azərbaycanın 2025-ci ilədək olan dövrdə iqtisadi inkişaf perspektivinin fundamental əsasıdır. Ona görə də bu hədəflərin reallaşdırılması baxımından biz millət vəkillərinin üzərinə də böyük missiya düşür. 

Biz həm seçicilərin etimadını doğrultmaq, həm də ölkənin inkişaf tarixində rol oynamaq üçün bu missiyanı şərəflə icra edəcəyik”.

 


OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...