“Dənizin koronavirusla mübarizədə xeyri var, nəinki…” – İnfeksionistdən açıqlama
11:52 / 01.06.2021
2437
Yay mövsümü yaxınlaşdıqca dənizə getmək
istəyənlərin sayı da çoxalır. Demək olar, elə indidən çimərliklərə üz tutanlar
da var.
Hələ də pandemiyanım sonlanmadığını nəzərə
alsaq, görəsən, dəniz koronavirusa yoluxma baxımından nə qədər risk daşıyır? Çimərlikdə
olarkən diqqət etməli olduğumuz xüsusi məqamlar varmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan həkim
infeksionist İlham Bayramov dənizin koronavirus xəstəliyinə qarşı yaxşı təsir
göstərdiyini bildirib:
"İsti hava virusun yaşama qabiliyyətinə
mənfi təsir göstərir. Günəş şüası virusa qarşı mübarizədə çox yaxşı vasitədir.
Viruslar ultrabənövşəyi şüaların təsiri altında tez zərərsizləşir. Hava-damcı
infeksiyaları adətən soyuq aylarda öz təsirlərini daha tez göstərir. Bu
baxımdan çimərlikdə diqqət edilməli olan əsas məqam ara məsafəsini saxlamaqdır.
Dəniz suyu duzlu olduğundan çimərliklərdə suyun buruna və ya ağız boşluğuna təmas
etməsinin heç bir zərəri yoxdur, əksinə virusa qarşı daha effektiv ola bilər”.
Həkim son zamanlar insanların
koronavirusla qripi qarışdırdığını da diqqətə çatdırıb: "Qripdə də ağırlaşma və pnevmaniya
halları olduğundan bəzi insanlar koronavirusla qripi səhv salırlar. Fərq budur
ki, koronavirusda bakterial, qripdə isə viral pnevmaniya müşahidə olunur.
Koronavirusda burundan seliyin axması nadir hallarda rast gəlinir. Əlamətlərə
görə bəzi insanlar bunları qarışdırırlar.
Əzizə Zeynal
Sfera.az