Dənizdə batan 3 nəfər xilas edildi
23:33 / 31.07.2021
4581
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "Mərdəkan” və "Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən Sfera.az-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.