Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək
10:17 / 24.01.2021
4467
Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.
Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.