Dəniz Mall mükafat qazandı!

Dəniz Mall mükafat qazandı!

 

"Dəniz Mall" mükafat qazanıb. Sfera.az saytı bununla bağlı məlumatı oxucuların diqqətinə çatdırır.

 

 

Hörmətli media nümayəndələri,


Dəniz Mall haqqında diqqətizi çəkəcək məlumatı sizinlə paylaşmaq istəyirik.


Arxitektura və memarlıq üzrə ən yaxşıların dəyərləndirildiyi mükafatlandırma layihəsi çərçivəsində Dəniz Mall diqqətçəkən memarlığı ilə "Ən Yaxşı Ticarət Mərkəzi” nominasiyasına layiq görülmüşdür. Ölkəmizin gözoxşayan memarlıq nümunələri ilə dünya səviyyəsində tanınmasına xidmət göstərən bu uğuru paylaşmaqda bizə dəstək olmağınızı və bu xəbəri işıqlandırmağınızı xahiş edirik. Qısa mətni və mükafatın elan edildiyi linki sizinlə paylaşırıq.

Əvvəlcədən təşəkkür edirik!


Dəniz Mall "Prix Versailles Africa and West Asia 2021”-da dünyasəviyyəli mükafata layiq görüldü!


Chapman Taylor-un Bakıda arxitekturası ilə diqqət çəkən layihələrindən biri olan Dəniz Mall memarlıq və dizayn kateqoriyasında ən yaxşıların dəyərləndirildiyi "Prix Versailles Africa and West Asia 2021”-də mükafat qazananlardan biri olmuşdur.


İqtisadiyyat və mədəniyyət arasındakı uğurlu əlaqələrin vurğulandığı, yenilikçi və yaradıcı konseptlərin mədəni dəyərlərlə birləşərək sosyal münasibətləri dəstəklədiyi xüsusi layihələrdən biri kimi Dəniz Mall "ƏN YAXŞI TİCARƏT MƏRKƏZİ” nominasiyasına layiq görüldü.


Qitə üzrə qalib seçilən Dəniz Mall Dekabr 2021-də baş tutacaq Dünya Titulu (Prix Versailles World 2021) üçün alış-veriş mərkəzləri kateqoriyası üzrə də namizədlər sırasına daxil edilmişdir.


Xəzər dənizi sahillərində yerləşən və Azərbaycanın milli rəmzi olan səkkizguşəli ulduzdan ilhamlanaraq hazırlanmış Dəniz Mall Qafqazın ən böyük ticarət mərkəzidir.


Məşhur restoran və dünyasəviyyəli brendlərə ev sahibliyi edən Dəniz Mall Xəzərin bənzərsiz mənzərəsinə açılan teras mənzərəsi ilə qonaqlarına alış-veriş, əyləncə və istirahətin ən yüksək təcrübəsini yaşatmağa davam edir.


//www.chapmantaylor.com/ news/deniz-mall-wins-award-at- the-prestigious-prix- versailles-africa-and-west- asia-2021


OXŞAR XƏBƏRLƏR