Dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur? - RƏY

Dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur? - RƏY
 Dəmiryolları hər bir ölkənin iqtisadi inkişafında önəmli rol oynayan infrastrukturlardandır. Belə ki, dəmiryolları sərnişin və yüklərin daşınmasında səmərəli, sürətli və ucuz üsullardan biri sayılır. Sənayələşmiş ölkələrin demək olar ki, hər birinin inkişaf etmiş dəmiryol şəbəkəsi mövcuddur.
 

Bəs beynəlxalq təcrübədə dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur?

Məsələ ilə bağlı FED.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, dəmiryollarına investisiyaları iki hissəyə bölmək olar: "Hərəkət tərkibinə olan investisiyalar (qatarların, lokomotivlərin, vaqonların alınması), infrastruktur layihələri (yeni yolların tikintisi, mövcud yolların əsaslı təmiri və yenidən qurulması). Bu investisiyaların müxtəlif ömrü var. Məsələn, dünya təcrübəsində 50-60 il ərzində infrastruktur investisiyalarının səmərəliliyinə baxılır və qiymətləndirilir. Hərəkət tərkibli investisilarda isə səmərəlilik müddəti 20-30 il müəyyən olunur”.  

"Avropa yanaşmasında 50-60 il ərzində dəmiryol infrastrukturuna qoyulan investisiyaların səmərəsi müəyyən olunur”

Ekspertin sözlərinə görə, Böyük Britaniyada infrastruktur layihələri 60 il ərzində qiymətləndirilir və bu vaxt ərzindəki iqtisadi səmərələr toplanaraq investisiyalar ilə müqayisə edilir. Əgər səmərə investisiyalardan bir neçə dəfə çoxdursa, bu səmərəli investisiya sayılır. Ümumən, Avropa yanaşmasında 50-60 il ərzində qoyulan investisiyaların səmərəsi müəyyən olunur".

"Sərnişindaşımaya qoyulan investisiyalar insanların işbaşına daha tez çatdırılmasına səbəb olursa, onların təhlükəsizliyi artırsa, ətraf mühitə atılan qazlar azlırsa, bunların hamısı səmərə sayılır”

H. Abdullayev vurğulayıb ki, qoyulmuş investisiyaların gələcəkdə hansı səmərəni gətirməsinə baxılarkən maliyyə səmərəsindən daha çox geniş iqtisadi səmərənin olması vacib sayılır: "Çünki dövlətin investisiya yatırdığı layihələrə daha çox sosial-iqtisadi tərəfindən baxmaq lazımdır. Əgər uzunmüddətli effektlər xərclənən investisiyaları doğruldursa, bu layihəyə yatırımlar etmək lazımdır. Sərnişindaşımaya qoyulan investisiyalar insanların işbaşına daha tez çatdırılmasına səbəb olursa, onların təhlükəsizliyi artırsa, ətraf mühitə atılan qazlar azlırsa, bunların hamısı səmərə sayılır". 

"Azərbaycan dəmiryollarında gələcək üçün səmərəlilik proqnozlarının müəyyən edilməsində beynəlxalq maliyyə qurumlarının metodologiyasından istifadə olunur” 

"Burada əsas məsələ səmərəliliklə bağlı proqnozların edilməsidir. Azərbaycanda belə proqnozlarda beynəlxalq maliyyə qurumlarının metodologiyasından istifadə olunur. Belə ki, beynəlxalq maliyyə qurumlarının kredit verdiyi xətlərdən bu qiymətləndirmələr aparılır. İqtisadiyyata və əhalinin geniş rifahına təsiri ölçmək üçün ciddi iqtisadi təhlillər və metodologiyaların edilməsinə ehtiyac var”, - deyə o qeyd edib.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...